Quzuların yemlənməsi
və saxlandığı şəraiti
qiymətləndirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Quzuların saxlandığı yerdə təmizliyə xüsusilə
diqqət yetirmək lazımdır.
- Yerin natəmiz olması xəstəlik mənbəyi və
quzuların itkisi deməkdir.
- Xüsusilə qışda yerin quru və isti olması istilik
enerjisini qorumağa kömək edər, quzular
üşümədikdə lazım olan yemi qəbul edərlər.
- Yeni doğulmuş quzulara südün verilməsi necə
həyata keçirilir?
- Yaxşı olar ki, südün verilməsi gündə üç dəfə
aparılsın.
- Quzulara iki həftədən sonra imkan yaradılmalıdır
ki, tövlədə sərbəst olaraq yem qəbul edə bilsin.
|
Ətlik quzuların yemlənməsinə
diqqət edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Ətlik quzuların yetişdirilməsində südün
verilməsinə və qüvvəli yem rasionuna xüsusilə
diqqət yetirmək lazımdır.
- Tərkibində yağ olan yemlərin azlıq təşkil etməsi
və proteinlə zəngin və enerjili yemlərin olması
quzunun inkişafını sürətləndirir və yaxşı əzələ
quruluşunu yaradır.
- Quzuların zəif, cansız olması, süddən tez
kəsilməsi yem rasionunda yalnız quru ot və
samanın olmasının göstəricisi ola bilər.
|