Qoyunların yemlənməsinə
fikir verin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Sürüdə qoyunların xarici görünüşünə diqqət
yetirməklə bunu qiymətləndirə bilərsiniz.
- Sürüdə qoyunlar zəifdirsə, bu, yem rasionunda
çatışmazlıq deməkdir.
- Sürüdə kök qoyunların olması yem rasionunun
normadan bir az artıq olmasına dəlalət edir.
- Gün ərzində yem axurlarına baxın, burada yem
çöplərinin olması yemin normadan az olmasının
göstəricisi ola bilər.
- Gün ərzində yem axurlarında yemin çox qalması
yemin normadan artıq verilməsinin və yem
itkisinin göstəricisi ola bilər.
|
Ana qoyunların
yemlənməsində vəziyyəti
qiymətləndirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Boğazlığın ilk mərhələsində döl çox kiçik
olduğuna görə ona o qədər də çox üzvi maddə
lazım olmadığından heyvana boğaz olmayan
qoyunlara verilən yem rasionunun verilməsi
optimaldır.
- Xüsusilə boğazlığın son mərhələsində, doğuma
2 həftə qalmış yem rasionunda həmin vəziyyətə
görə qüvvəli yemin əlavəsi balanın böyüməsi və
ananın vəziyyəti üçün önəmlidir. Qüvvəli yemin
normadan çox olması balavermə zamanı çətin
doğumlara səbəb ola bilər.
- Boğaz qoyunların bel nahiyəsini yoxlayın, bel
nahiyəsində piylənmənin səviyyəsini yoxlaya
bilərsiniz
|