5.2.7 Ətlik istiqamətdə quzuların yemlənməsi
İstehlakçı özü quzunun necə olmasını müəyyən edir və öz tələbinə uyğun heyvanı seçir. Əsasən, kəsilmiş heyvanda hissələrin yaxşı əzələyə malik olması arzuolunandır. Ətin rəngi həddindən artıq tünd olmamalı və piyin həcmi çox az miqdarda olmalıdır. Ətdə qoyuna xas dad üstünlük təşkil etməməlidir. Bunların hamısına nail olmaq üçün quzunun bədənində əzələnin formalaşması yüksək səviyyədə olmalıdır. Bunun üçün ən önəmlisi heyvanın növünə və vəziyyətinə uyğun yemləmənin aparılması tələb olunur ki, bununla heyvan gənc kəsimə göndərilə bilir. Yalnız gənc quzuların əti açıq rəngdədir, çox ləzzətli dada malikdir və həzməgediciliyi də yüksəkdir. Kökəltmə təsərrüfatlarında fermerlərdə ətlik istiqamət üçün yüksək məhsuldar qoçlar əsas şərtdir. Yəni əvvəlcə ətlik istiqamətə aid olan qoçlar seçilməlidir. Heyvanın cinsinin təmiz olması yem verərkən çəki artımına müsbət təsir göstərir. Bundan başqa, düzgün yemləmə və saxlama şəraiti ilə təmin olunaraq arzuolunan quzular yetişdirilə bilər. Əlbəttə, quzular kiçik olduqda onların həyat fəaliyyəti və məhsuldarlığı üçün yemin qəbulu – yemin sərfiyyatı az olur. Əsas olaraq quzuların yemləndirilməsi təsərrüfatın öz daxili yem ehtiyatı (quru ot, senaj, örüş və s.) hesabına həyata keçirilməlidir. Verilən yemlərdə çatışmazlıq olarsa, o zaman qida maddələrinə olan tələbatı uyğun yem rasionu ilə (cədvəl 11) ödəmək lazımdır. Süddən kəsildikdən sonra quzulara yüksək keyfiyyətli ətlik istiqamətdə nəzərdə tutulmuş qüvvəli yem verilməlidir. Qrunt yemlə yalnız xam lifə olan tələbatı ödəmək olar. Ən sadəsi satışda əldə olunması mümkün olan hazır yemlərin istifadə olunmasıdır. Qüvvəli yemlə qarışdırarkən diqqət yetirmək lazımdır ki, ayrı-ayrı komponentlər çox xırda üyüdülməsin. Kalsiumla fosforun nisbəti 2:1-ə olmalıdır.