Cədvəl 9.
70 kq diri çəkidə əkiz dölü olan boğaz qoyun üçün yem rasionu
Yem | Quru maddə, kq |
Xam protein qr |
Meqa coul | Kalsium qr | Fosfor qr |
Quru ot | 1,8 | 221 | 16,9 | 16,4 | 5 |
Yaşıl ot silosu |
0,8 | 137 | 8,6 | 5,4 | 2,6 |
Mənbə: https://www.landwirtschaftskammer.de/landwirtschaft/tierproduktion/schafhaltung/ fuetterung/futterwerte-schafe.htm
5.2.4 Süd verən qoyunların yemlənməsi
Bu müddət həm quzuların əldə olunması, həm də südlük qoyunçuluqda iqtisadi uğurun əldə olunması üçün əhəmiyyətlidir. Yüksək süd məhsuldarlığının əldə olunması üçün kifayət qədər qida maddələrinin təminatı vacibdir. Qoyun bala verdikdən sonra onun yem qəbuletmə imkanı yenidən artır. Heyvanın bu dövrdə lazımi qədər təmiz su ilə təminatı xüsusilə böyük əhəmiyyət kəsb edir. Laktasiyanın ən yüksək olduğu ilk 5 həftədə heyvana yaxşı qrunt yem ilə yanaşı, normal qaydada hesablanmış miqdarda qüvvəli yem də verilməlidir. Həmin vaxtda yalnız qaba yemlə heyvanı yemləyən zaman gövşəmə vaxtı uzanır və gövşəmə ilə heyvanda daha çox ağız suyu ifraz olunur ki, bu da heyvanın suya olan tələbatını daha da artırır. Bu işkəmbədə pH-turşuluq səviyyəsinin artmasına səbəb olur, sirkə və propion turşuları nisbəti çoxalır və südün miqdarı azalır. Süddə yağın miqdarı isə yüksək olur. Bununla bərabər, bədəndəki ehtiyat yağların parçalanması başlayır ki, bu da ketoz təhlükəsinin yaranmasına səbəb olur. Bu zaman keto hissəcikləri yaranır ki, bu da qaraciyər tərəfindən işlənə bilmir və heyvanın ölümünə səbəb ola bilir. 5-ci həftədən etibarən quzular artıq qüvvəli yem qəbul edə bilirlər. Bu zaman ana qoyunlara qüvvəli yemin verilməsi azaldıla bilər. Həmçinin bu vaxt qüvvəli yemin quzulara verilməsi anaya verilib, sonra süd ilə quzulara çatdırılmasından daha məqsədəuyğundur. Bu, yalnız quzuların yetişdirilməsi baxımından vacibdir.