Yaxşı bədən quruluşuna malik olan qoyunlarda əlavə yemləmə onların kökəlməsi, piylənməsi və döl vermə məhsuldarlığının aşağı düşməsi ilə nəticələnə bilər.
5.2.2 Boğaz qoyunların yemlənməsində tələblər
Boğazlıq dövründə yem verərkən heyvanın həyat fəaliyyətini nəzərə almaq lazımdır.
Mayalanmadan sonrakı ilk 3 ayda dölün inkişafı hələ çox zəif olur. Bu zaman heyvanın
həyat fəaliyyətini saxlamaq üçün yem verilməlidir və əsas vacib olan odur ki, bu vaxt
heyvanlara intensiv olaraq yem verilməsin və heyvanlar kökəlməsin.
Yaylaqda otlağın o qədər də zəngin olmayan bitki örtüyü ilə belə heyvan yemə olan tələbatını ödəyə bilər. Tövlədə heyvanların yemlənməsi zamanı bu fazada olan qoyunların quru ot, yaxud əgər varsa, yaşıl ot silosu ilə yemlənməsi də kifayət edir.
5.2.3 Boğazlığın sonunda yemləmə
Boğazlığın son iki ayında yemləmə quzular üçün
çox faydalıdır. Dölün anadan olduğu vaxtdakı
çəkisi ananın yemlə təminatından asılıdır. Dölün
sürətli inkişafı ilə həzm traktının həcmi getdikcə
daha da daralır və bunun vasitəsilə yemin qəbulu
məhdudlaşır. Bu dövrdə yem rasionunu tərtib edərkən
nəzərə almaq lazımdır ki, burada yemin həcmi deyil,
verilmiş yemin keyfiyyəti daha yüksək olmalıdır və
tərkibindəki qarışığın həcmi daha çox olmalıdır. Gec
yığılmış qaba quru otun verilməsi bu dövrdə heyvanın
qida maddəsinə olan tələbatını ödəyə bilməz. Çünki
dölün böyüklüyü səbəbilə yemin qəbulu həcmi çox,
tərkibi isə zəngin deyil (cədvəl 9). Əsasən, əkiz quzusu
olan boğaz qoyunlarda yemin qəbulu çox məhdud
səviyyədə olur. Önəmli olan sahələrdən biri də yelinin
inkişaf etməsidir. Yelinin inkişafı balavermənin
sonuncu həftələrində başlayır və bunun üçün də uyğun
qida maddələrinin tələbatı önəmlidir. Yaxşı inkişaf
etmiş yelin süd məhsuldarlığının yüksək olmasına və
anadan olmuş quzuların sürətlə böyüməsinə zəmanət
verir. Hətta həmin dövrdə yun məhsuldarlığına o
qədər də diqqət yetirilməməsinə baxmayaraq, onu da
qeyd etmək lazımdır ki, boğazlığın son dövrləri yunun
keyfiyyətinə də təsirsiz ötüşmür. Yemin çatışmazlığı
nəticəsində yunun nazilməsi baş verir ki, bu da
həmin heyvanda yemə olan tələbatın ödənilməməsilə
əlaqədar yunun keyfiyyətinin aşağı düşməsilə
nəticələnir.