Bugünkü məhsuldarlıq baxımından qoyunların qida maddələrinə olan tələbatı onların məhsuldarlıq dövründən asılı olaraq dəyişir. Ana qoyunlarda laktasiya müddəti mühüm rol oynayır, lakin quzularda onların diri çəkisi və böyüməsinə görə veriləcək yemlərin həcmi nəzərə alınır. Həmçinin qoyunlarda da az miqdarda yemin verilməsi ilə heyvanın yüksək inkişafına, yaxud da enerjinin bərpasına nail olmaq çox çətindir. Yalnız heyvanın məhsuldarlıq səviyyəsinə uyğun enerji və proteinlə zəngin yem rasionu ilə qidalanması ilə yüksək məhsul əldə etmək mümkün ola bilər. Qoyunların yemə olan tələbatı onların həyatda qalmaq və məhsuldarlığa olan tələbatı nəzərə alınmaqla hesablanır. Heyvanın həyatda qalması üçün qida maddələrinə tələbat onların sabit çəkisi ilə göstərilir, bu, o deməkdir ki, heyvanın qəbul etdiyi yemin enerjisi və proteini məhsuldarlıq üçün deyil, fizioloji proseslərin gedişatı üçün sərf edilir. Qoyunların məhsuldarlığa olan tələbatı zülal və yağa olan tələbatı artırır. Bununla da yem verilərkən süd və ət məhsuldarlıq istiqamətindən asılı olaraq, yemin tərkibində protein və yağın miqdarı nəzərə alınmalıdır. Xüsusilə enerji ilə zəngin yemin verilməsi həzm prosesində lazım olan enerjinin əldə edilməsi üçün əhəmiyyətlidir.
Yem rasionunun həzməgediciliyi qüvvəli yemin əlavə edilməsi ilə də yaxşılaşdırıla bilər. Qida maddələrinin həzmi işkəmbədə mikroorqanizmlərin azot və enerji ilə təchizatından asılıdır. Optimal şərtlər o zaman olur ki, azot və enerjinin miqdarı eyni olsun. Keyfiyyətli yüksək dəyərli yem vasitəsinə proteinlə zəngin komponentlər əlavə edilməlidir ki, yaxşı bioloji və eyni zamanda iqtisadi nəticələrə nail olunsun. Bu, hər şeydən qabaq quzular və təzə bala vermiş analara aiddir. Təzə bala vermiş analar və quzular üçün otlaqdakı tumurcuqlamaya qədər olan zəngin tərkibli yemlər ən yaxşı yem sayılır və heyvanların tələbatlarını lazımi qaydada ödəyir. Bu yemlər struktur təchizatını ödəmədikdə əlavə olaraq quru ot, yaxud saman verilə bilər. Bu zaman proteinin normasına diqqət yetirmək lazımdır. Boğaz qoyunun yemlənməsi üçün yüksək keyfiyyətli quru ot ən yaxşı yemdir. Yanı balalı qoyuna 10 MC/kq quru maddədən az qaba yem verilərsə, bu zaman məhsuldarlıqda azalma aydın şəkildə müşahidə ediləcək. Bu hallarda qüvvəli yemin, yaxud qarışıq yemin əlavə edilməsi tövsiyə edilir. İşkəmbənin fizioloji halını optimal səviyyədə saxlamaq üçün yem rasionunda qüvvəli yemin payı ümumi quru maddənin 50 %-dən artıq olmamalıdır. Artma işkəmbədə turşuluğun artmasına gətirib çıxara bilər. Bu, o deməkdir ki, yanı balalı qoyunlara 1,25 kq-dan, boğaz və balası olmayan qoyunlara isə 0,8 kqdan artıq qüvvəli yem verilməməlidir. Ayrı-ayrı komponentlərin seçimi qaba yemə olan nisbətdə protein/enerjiyə görə müəyyənləşdirilir. Yaşıl ot kimi proteinlə zəngin yemlərə qarğıdalı və taxıl kimi yemlər də aid edilir. Taxıl yemlərini verərkən diqqətli olmaq vacibdir. Buğdanın qüvvəli yem kimi ayrılıqda verilməsi işkəmbədə narahatlığa səbəb ola bilər. Tərkibində proteini az olan quru ot kimi qaba yemlərə protein əlavəsi olaraq lobya və noxud, soya şrotu, raps kimi paxlalı bitkilər əlavə edilə bilər.