Cədvəl 7
Yemə olan tələbat, yem rasionu
Yem | Günə/kq | Hər quzuya bütün kökəltmə dövrü ərzində cəmi kq-la |
Quru ot | 0,50 | 37,5 |
Arpa | 0,35 | 36,5 |
Soya | 0,18 | 13,5 |
Mineral maddə qarışığı | 0,02 | 1,5 |
Mənbə: http://www.rund-ums-schaf.at/futter/fuetterungsmethodik/
Qoyunçuluqda yemə olan tələbat hər şeydən öncə otlaq sahəsindən ödənilir. Yemin keyfiyyəti otlaqdakı bitki örtüyünün tərkibinin zəngin olmasından, məhsulun yığılma vaxtından və qışa ehtiyat yemi toplamaq üçün yemin saxlandığı yerdən asılı olaraq dəyişə bilər.
Quru otun həddindən çox quruması da onun tərkibinə və həzm olunmasına mənfi təsir edir. Yemin düzgün, vaxtında biçilməsi və hazırlanması yemin tərkibində xam lifin və xam proteinin zənginliyndən xəbər verir. Bu zaman hər hektara düşən məhsuldarlıq artır, lakin hər kq quru maddəyə düşən enerji miqdarı aşağı düşür. Yemin tərkibindəki maddələr və enerji dəyəri ilə yanaşı, onu da nəzərə almaq lazımdır ki, burada yemin həzməgediciliyi də əhəmiyyətli rol oynayır. Bu, tam yetişmiş keyfiyyətli yemdə 70-75 % təşkil edir, gec istifadə edilən yem bunun əksinə olaraq 50-65 % həzməgedicilik göstərir.
Qoyunların qaba yemə olan tələbatını nəzərdən keçirərkən məlum olur ki, hətta qoçlardan yun əldə etmək üçün qaba yemin verilməsi hələ əvvəllər də aparılırdı. Qaba yemin qəbulu heyvanın həzm prosesinə, bununla da işkəmbədə həzm şirəsinin ifrazı və mikrofloranın zənginləşməsində faydalıdır. Hal-hazırda bugünkü baxış nöqteyi-nəzərindən quzu əti istehsalında, yaxud da qoyun südünün istehsalında təkcə qaba yemin məhdud şəkildə tətbiqi düzgün sayılır. Xüsusilə kiçik təsərrüfatlarda qoyunlara qaba yemlərin verilməsi üstünlük təşkil edir.