Qoyunlar otlaqda zəngin bitki örtüyündən ibarət təzə yemləri daha həvəslə, birbaşa qəbul edir. Kifayət qədər yem qəbul etdikdə heyvan gövşəyir və yemin mənimsənilməsi prosesi baş verir. Heyvan doyduqdan sonra yemi gövşəyir və gövşəmə müddəti nə qədər uzun olarsa, qəbul edilmiş yemin məhsuldarlığa müsbət təsir etməsi ilə nəticələnər. Qəbul edilmiş yemin tərkibində nə qədər çox xam lif olarsa, həzm traktının müddəti o qədər də uzun çəkər və heyvan ümumilikdə az yem qəbul edər. Buradan belə nəticə çıxarmaq olar ki, heyvana nə qədər çox saman verilərsə, o qədər də gövşəmə və həzm prosesi uzun çəkər və yemin sərfiyyatı az olar ki, bu da xərclərin az olması deməkdir. Bunun üçün də heyvanların baş sayına və növünə uyğun yem rasionu hesablanıb verilməlidir. İlk olaraq burada yemin tərkibi nəzərə alınmalıdır və heyvanın yemə olan tələbatına diqqət yetirmək vacibdir. Məhsuldarlıq səviyyəsinə görə yemin verilməsi nəzərə alınmalıdır və heyvanların çəkisi də əsas götürülməlidir ki, heyvanın verilən yemin nə qədərini mənimsəyə bildiyi müəyyənləşsin. Bunun üçün yemin tərkibi qiymətləndirmə laboratoriyasında müəyyən edilməlidir və bununla yemlərin qiymətləndirilməsi cədvəli hazırlanmalıdır. Həmin tərkibə əsasən lazım olan yemin miqdarı dəqiq hesablanaraq yem rasionu tərtib edilir.
Qoyunlara yem hesablanmış rasiona görə təyin olunmuş vaxtda verilir, yaxud da yem davamlı olaraq yem axurunda olur. Əsasən, kiçik qoyunçuluq təsərrüfatlarında yem əl ilə paylanır, lakin baş sayı çox olan böyük qoyun təsərrüfatlarında heyvanların yemlənməsi tövlə şəraitinə və təchizatına uyğun olaraq müasir yem paylayıcı texnika ilə həyata keçirilir. Burada müsbət tərəf ondan ibarətdir ki, hər bir heyvan məqsədyönlü şəkildə yemlənir. Quzuların keçməsi üçün dəlik quzulara imkan verir ki, onlar həmin dəlikdən keçərək maneə olmadan sərbəst yem qəbul edə bilsin. Aşağıdakı hesablanmış (cədvəl 7) yem rasionu 40 kq diri çəkisi olan quzuya gün ərzində və bütün yemləmə dövründə balalamaya qədər lazım olan yemin miqdarını göstərir.