5.1.2 Otlaqlar
Daimi otlaqlar qoyun bəslənməsinin əsasını təşkil edir. İntensiv olaraq qoyunların
qidalanması, yəni qoyunların bağlı otlaqda saxlanılaraq yemlərinin kənardan təmin
edilib, hazır halda heyvanların önünə verilməsi ekstensiv, yəni otlaqlardan maksimum
yararlanma məqsədinə söykənən əkinçilik qədər sərfəli deyil. Kifayət miqdarda yem
olduğu müddətdə qoyunlar duz və mineral maddə istisna olmaqla qida maddəsinə olan
ehtiyaclarını təmin edə bilirlər. Qoyunlar otlayarkən yaşıl və yarpaqlı təzə bitkiləri sərt
bitkilərdən seçirlər. Otlaqların əlverişli şəraiti bütün il boyunca eyni şəkildə olmur.
Otlaqlarda yetişən bitkilərin 80 %-i yaz mövsümündə inkişaf edir.
Heyvanların eyni yerdə müntəzəm olaraq otarılması onların parazitar qurd xəstəliklərinə yoluxma təhlükəsini artırır, heyvanlarda məhsuldarlığın zəifləməsi və ən əsası, otlaqların zəifləməsinə və tədricən əldən çıxmasına səbəb ola bilər. Otlaqlardan biçilərək heyvanların yem tələbatı ödənilirsə, həmin biçilən sahələr ən azı 3-4 həftə dincə qoyulmalıdır. Yazda otlağın üçdə biri qorunaraq qışa ehtiyat yem yığılması üçün ayrılmalıdır.
5.1.3 Qaba yem və samanla yemləmə
Boğazlığın son dövrləri və laktasiya vaxtında qida maddəsi ehtiyacının maksimum səviyyədə olduğu dövrlər istisna olmaqla, digər zamanlarda qoyunlar orta və ya aşağı keyfiyyətli samanla yemlənə bilər. Samanla yemləmədə balavermədən sonra qoyunların artan zülal ehtiyacları otlaqların yaşıllaşması nəzərə alınaraq aparılmalıdır. Təsərrüfata kənardan kobud və zəif yem almaq yerinə, əvvəlcə təsərrüfatın daxili imkanları çərçivəsində yemlə təmin edilməsi üstün tutulmalıdır. Yonca samanı laktasiyanın son dövründə çox faydalıdır. Boğazlığın ağırlaşmış dövrlərində daha çox yonca samanının istifadə edilməsi sayəsində balasalma və südün qayıtması problemləri meydana çıxa bilər. İstifadə edilən qaba yemlərin tozlu və kifli olmamasına diqqət yetirilməlidir. Boğazlığın son dövründə heyvanın həddindən çox miqdarda yem istehlak etməsi, yemin həddindən artıq həcmi çoxalma orqanlarına təzyiq əmələ gətirərək balasalmaya yol aça bilər. Yonca ununun istifadəsi ilə qoyunların süd qızdırmasına tutulma ehtimalları saman istehlak edən təsərrüfatlara görə daha yüksəkdir. Yonca kalsium cəhətdən zəngin olduğu üçün qoyunlar kalsium (Ca) ehtiyacını, bədəndə olan Ca ehtiyatlarını fəallaşdırmadan təmin edə bilirlər. Balavermədən dərhal sonra isə laktasiyanın başlaması ilə Ca ehtiyacı artır. Lazım olan Ca bədən tərəfindən aktivləşdirilə bilmədiyindən kalsium-Ca çatışmazlığı (süd qayıdış) ortaya çıxa bilər. Ona görə də yemləmə zamanı heyvanın vəziyyətinə uyğun tərkibdə yem rasionu verilməlidir.
Quru ot və qarışıq ot tərkibli yemlər yumru halda preslənmiş şəkildə saxlanarsa, yem itkilərinin qarşısı alınar. Yumru preslərin plastik örtüklə örtülməsi, baş hissələrinin bağlanılması kiflənmə, saralma kimi mənfi faktorları ortadan qaldırır. Yemlərin təmizliyinə diqqət yetirmək lazımdır, qaba yemlərin nəcis və s. ilə çirklənməsinin qarşısı alınmalıdır.