Qoyunların bədən ağırlıqları bütün il ərzində boğazlıq mərhələlərinə görə dəyişiləndir. Qida maddəsi tələbatına ehtiyac həyat fəaliyyətini saxlamaq üçün ödənilərkən aşağı, boğazlığın başlanğıcından sonuna doğru mütəmadi olaraq yüksələn, laktasiya dövründə ən yüksək səviyyəyə qalxır. Yaxşı yemləmə üçün aşağıdakıların nəzərə alınması vacibdir:
1. Doğumdan 3 həftə əvvəl;
2. Boğazlığın ortasında;
3. Quzular süddən kəsilən müddət.
Peyvənd vurmazdan iki həftə əvvəl və peyvənddən sonra iki həftə müddətində qoyunlar keyfiyyətli otlaqlara aparılmalı, ya da baş sayına 400-500 qr arpa verilərək qüvvətləndirilməlidir. Bu üsula "flushing" adı verilir və bu üsul bala doğuşunun 10-20% artmasına zəmin yaradır. Əlavə yemləmə bədən quruluşu orta səviyyədə olan qoyunlar üçün daha təsirlidir. Eyni zamanda erkən və ya mövsümdən kənar balavermədə xüsusi təsirə malikdir. Otlaqların maksimum keyfiyyətli olduğu dövrlərdə quzuların süddən kəsilmə zamanı əlavə yemləməyə o qədər də ehtiyac qalmır. Doğum sonrası ölümlərin əksəriyyəti ilk 25 gün müddətində pis bəslənmə ilə bağlı olaraq meydana gəlir. Peyvəndləmədən sonra və balavermədən altı həftə əvvəl qoyunların yüksək keyfiyyətli otlaqlarda otarılması, yaxud da tövlədə saxlama zamanı yüksək keyfiyyətli, tərkibi
zəngin yemlərin verilməsi məsləhət görülür. Bu səbəblə qoyunlara boğazlığın son 6 həftəlik dövründə normal yemləmədən əlavə 400-500 qr arpa verilməsi boğazlıq toksemiyasının, zəif balavermənin və aşağı süd məhsuldarlığı kimi çatışmazlıqların qarşısını alır.
Balavermədən sonra qoyunların enerji və zülal tələbatları 30-55% artır. Bu tələbat təmin edilmədikdə heyvanın diri çəkisinin azalması, aşağı süd məhsuldarlığı, balaya həssaslığın azalması və quzuların cır qalması və zəif böyüməsi kimi hallar meydana çıxa bilir. Xüsusilə çox balalı doğumlarda artan zülal tələbatının ödənilməsi vacibdir. Əgər kifayət miqdarda yonca yoxdursa, onda əlavə zülal tərkibli qidalardan istifadə etmək tələb olunur. Bir qayda olaraq hər quzu üçün ana qoyunlara 350 qr qatı yem və ya 400-450 qr taxıl verilməlidir. Qoyunlar quzuların sayına görə (əkiz, üçüz) qruplara ayrılaraq yemlənirsə, az və ya çox yemləmə ehtimalları olmur.
5.1.1 Qoçların bəslənməsi
Qoçlar sürüdə olarkən mayalandırma vaxtı yem yeməyə çox az vaxt ayırırlar. Bu səbəblə
bədən ağırlıqlarının təxminən 12 %-ni itirirlər. Yanlış qidalanma qoç ölümlərinin əsas
səbəblərindəndir. Təsərrüfatda daha iri və səmərəsi yüksək olan qoç və qoyunların
olması üçün həm qoçların seçimi, həm də yüksək döl səmərəsi əldə olunması üçün
qidalanma böyük əhəmiyyət daşıyar. Otlaqlar arzuedilən keyfiyyət və miqdarda
təbii otla təmin olunsa da, bu otlaqlar qoçların tələbatının ödənilməsi üçün kifayət
etmir. Zəif qoçlarda əlavə olaraq qarğıdalı, buğda və arpa kimi enerji baxımından
zəngin taxıllar da gündəlik normal rasiona əlavə edilərək lazımlı bədən quruluşu əldə edilməlidir.