Vitaminlər biokimyəvi reaksiyalarda, enerji mübadiləsində və bədənin əsas quruluş maddələrinin sintez edilməsində böyük rol oynayır. Keyfiyyətli yemlər qoyunlar üçün lazımlı olan bütün vitaminləri və bədəndə maddələr mübadiləsini təmin edə biləcək digər maddələri özündə birləşdirməlidir. Yemin keyfiyyəti yüksək olmadıqda, yaxud yemdə lazım olan vitaminlər az olduqda, A, D və E vitaminlərinin əlavə olaraq verilməsi tələb olunur. Bu məqsədlə praktik olaraq çatışmayan vitaminlər əlavə olaraq yemlərinə qatılmaqla və ya inyeksiya şəklində heyvanlara verilməlidir.
Yüksək enerjili konsentrat yemlər vitamin ehtiyacını artırır və heyvanlarda əsəb simptomları ilə ortaya çıxan beyin şişi meydana gələ bilər (Encephalomalacia).
Böyümə tənzimləyiciləri və yem qatqı maddələri
Antibiotiklər, sintetik hormonlar qoyun bəslənməsində istifadə edilir. Bəzi gizli yoluxucu xəstəliklərin qarşısının alınması, yemdən faydalanmağı artırmaq, böyüməni təmin etmək məqsədilə xlor-tetrasiklinlər, lasalosid və böyümə hormonları istifadə edilir. Lakin bu dərmanlardan istifadənin əlavə təsirləri hələ də məlum olmadığından, çox istifadəsi tövsiyə olunmur.
Qidalanma
Bəslənmə qoyunların sağlamlığı, böyüməsi və döl verməsi və digər məhsuldarlıq xüsusiyyətlərinin formalaşmasında birbaşa təsirə malikdir. Yem xərcləri istehsalat xərclərinin təxminən 2/3-ni təşkil edir. Buna görə də heyvanların bəslənməsinə xüsusi səviyyədə əhəmiyyət verilməlidir. Qoyunların qida maddələrinə olan ehtiyacları; yaş, bədən çəkisi və fizioloji vəziyyətlərinə (boğazlıq, laktasiya və s.) görə dəyişir. Qoyunların ehtiyac duyduqları əsas qida maddələri aşağıdakılardır:
Qışda otlaqların qarla örtülü olmadığı müddətlərdə qoyunlar otlaqlardan faydalana bilər. Qışda anadan olan quzuların sürətli böyümələrini təmin etmək üçün yüksək enerji və zülallı yemlər verilməlidir. Böyümə dövründəki quzular üçün ən ideal qida mənbəyi yonca və paxlalıların qarışıq yetişdiyi otlaqlardır.
Otlama dövründə qoyunlar ehtiyac duyduqları qida maddələrini yaylaqların zəngin bitki örtüyündən alırlar. Müəyyən minerallar və duz isə bütün il boyunca əlavə olaraq heyvanlara verilməlidir. Otlaqların bitki örtüyü zəiflədiyi zaman isə heyvanların fizioloji vəziyyətindən asılı olaraq, qarışıq yemlər – saman, taxıl və s. yem paylarına əlavə olunmalıdır. Qış müddətində sahələr qarla örtülü olmadığı müddətlərdə çılpaq görünən otlaqlara çıxarılan qoyunlar yem əldə edə bilir və yemə olan ehtiyaclarının bir hissəsini ödəyə bilirlər. Qışda doğan quzulardan sürətli böyümə əldə edilməsi tələb olunursa, yüksək enerji və zülallı yemlərlə yemləmə həyata keçirilməlidir. Yonca, taxıl və müxtəlif qarışıq otların mövcud olduğu otlaq, biçilmiş əkin sahələri qoyunlar üçün ideal qida maddəsi mənbəyidir.