Qüvvəli yemin saxlandığı yeri
qiymətləndirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Qüvvəli yem daha əmin yerdə saxlanmalıdır.
- Açıq yerdə saxlanması gəmiricilərin yemə
hücumuna, gəmiricilər tərəfindən yem itkisinə
səbəb olur.
- Həmçinin yemə gəmiricilər tərəfindən
xəstəliklərin bulaşması təhlükəsi də var.
- Qüvvəli yemin saxlandığı qablar plastikdən,
yaxud dəmir qablardan ibarət olmalıdır və ağzı
bağlı saxlanmalıdır.
- Yemin saxlanmasında çatışmayan cəhətlər
olduqda təsərrüfat rəhbərini məlumatlandırın.
|
Tövlənin şəraitini
qiymətləndirin. |
- Tövlədə su təchizatı sistemini yoxlayın. Suyun
təchizatı əl ilə, yoxsa avtomatik su xətti ilə
aparılır?
- Tövlədə qoyunların qruplar şəklində saxlanması
daha doğru olar.
- Bu, qoyunların yemə olan tələbatının
ödənilməsində və onların sağlamlığında mühüm
rol oynayır.
- Heyvanların döşəməsinin quru olubolmamasını
müşahidə edin. Havasının nəmli və
gözqamaşdırıcı olması qoyunçuluq tövlələri üçün
yolverilməzdir.
- Bu, heyvanın narahat olmasına, yem qəbuluna və
məhsuldarlığına mənfi təsir edir.
- Saman az olan yerlərə quru saman tökün və yerin
təmizlənməsində yaxından iştirak edin.
|