Bu yem qablarının bir yerə bərkidilməsi də mümkün olmalıdır ki, yem qabları qoyulmuş yerdə stasionar qalsın və çirklənməsi prosesi baş verdikdə təmizlənməsi asan olsun.
Yemləmə sistemləri sürünün böyüklüyündən və tövlənin inşası üsulundan asılı olaraq müxtəlifdir. Üsulun seçilməsində qərarverici meyar işin gedişatı, mexanikləşdirmə və mümkün qədər az yem itkisidir. Ən optimal yemləmə üsulu yem axurlarının müxtəlif yerlərdə paylanmasıdır. Bunun müsbət tərəfi odur ki, bu zaman heyvanlar stressdən kənar və sərbəst qidalana bilirlər. Sürü şəklində saxlanan qoyunlar üçün qrup şəklində yemləmə önəmlidir. Ona görə hər qoyun üçün ayrıca yem yeri mövcud olmalıdır. Ümumiyyətlə, aşağıdakılarla yem təchizatı aparıla bilər:
4.2.1 V şəkilli yem axurları
Yem axurlarının formalarından biri V şəkilli yemləmə yerləridir. Bu, ikitərəfli, yaxud da birtərəfli divara tərəf ola bilər. Kənar tərəflərində qoyunların yemi qəbul etməsi üçün kifayət qədər yer olmalı, qoyun axurdakı quru otu, yaxud qarışıq yemi yemək imkanı əldə etməlidir. Nəticədə yemin dağılması və keyfiyyətinin itməsi azalır, bu üsulda yem itkisi halları demək olar ki, müşahidə edilmir. Axurun barmaqlıqları arasındakı məsafə 6 sm-dən artıq olmamalıdır ki, qoyun başını axurdan içəri sala bilməsin.Bu formalı yem axurları qaba və qüvvəli
yemlərin verilməsi üçün istifadə edilə bilər, lakin silos verilməsi üçün uyğun sayılmır. Bu yem axurlarında yuxarıda qeyd edildiyi kimi, yem itkisi çox az olur və heyvanlar tərəfindən yem qəbulu tam təmin olunmuş olur. Yemin tapdalanıb xarab olması halları müşahidə edilmir. Səyyar yem axurları tövlədə qoyunların qruplara ayrılmasında istifadə edilə bilər. Bu yem axurlarının köməyilə sürüyə optimal nəzarət etmək mümkün olur və yemləmə üçün heyvanların başqa yerə aparılmasına ehtiyac qalmır. Hündürlüyə görə nizamlana bilən yem qabları peyinin qış fəslində toplanması zamanı heyvanların yem qəbulunu asanlaşdırır və yem itkisini aradan qaldırır.
4.2.2 Dairəvi yem axurları
Əgər yemlərin daşınmasını mexaniki təmin etmək mümkün olarsa, dairəvi yem axurlarından istifadə tövsiyə olunur.