Cədvəl 6
Yemin saxlanması
Yem | kq/m3 |
Quru ot, açıq şəkildə | 50-75 |
Quru ot, preslənmiş | 200-270 |
Saman, preslənmiş | 200-270 |
Qüvvəli yem | 550-650 |
Mənbə: www.alpinetgheep.com/broschueren-und-infomaterial.html
4.1.10 Samanın saxlanması və istifadəsi
Heyvanların altına da səpildiyindən samanı ehtiyat şəklində toplayarkən hər baş heyvan üçün norma daxilində günə 1,0 kq hesablama apararaq tədarük etmək tələb olunur. Həmçinin heyvanların da samanla qidalanmasını nəzərə alaraq yüksək keyfiyyətli yumşaq samanın yığılması daha məqsədəuyğundur ki, samanın qəbulunda yem itkisi çox olmasın və əlavə xərclərə gətirib çıxarmasın. Pis keyfiyyətli, nəm və kiflənmiş samanı nəinki heyvana verməkdən, həmçinin heyvanların altına səpməkdən çəkinmək lazımdır. Bu, heyvanın sağlamlığı üçün pis təsir edir və onun məhsuldarlığının zəifləməsinə və yem qəbulunun azalmasına səbəb olur. Bu da samanın sərfiyyatında əlavə xərclərin yaranmasına şərait yaradır. Hər ana qoyuna qış mövsümündə saman üçün 0,5-1,5 m3 saxlanma yeri nəzərdə tutulmalıdır. Yığım zamanı boş yer həmin yerin ölçüsünün 30 % qədərini təşkil etməlidir. Həmçinin samanın toplanması və yaxud heyvanların altına səpini və peyinlə birlikdə çıxarılması zamanı yaranan əmək sərfini də nəzərdə saxlamaq lazımdır.
4.2 Yem axurları
Yem axurları elə formada olmalıdır ki, onları tövlənin şəraitinə uyğun yerləşdirmək, yaxud da yerini dəyişmək və tövlənin hər yerində istifadə etmək mümkün olsun. Yem axuru, yaxud yem qablarının yüksəkliyə görə nizamlanması mümkün olmalıdır. Bu, onun üçün vacibdir ki, peyinin çoxalması ilə bərabər, yem qablarını yuxarı qaldırmaq mümkün olsun.