Bunun köməyi ilə küləyin güclü axınının qarşısı alınır, içəriyə günəş şüasının normada daxil olması təmin edilir ki, bu da heyvanların sağlamlığına və məhsuldarlığına, özlərini tövlədə rahat hiss etmələrinə zəmin yaradır.
Havanın daxil olması üçün məsaməli pərdələr azı 2 m hündürlükdə olmalıdır. Müasir tövlələrdə, həmçinin avtomatik idarə edilə bilən pərdələrdən də istifadə edilir. Bu pərdələr işıqlanmaya və temperatura görə nizamlanır.
Küləkdən müdafiə üçün müxtəlif ölçülü məsaməli torlu pərdələr az külək olsa belə, içəriyə bol havanın daxil olmasını təmin edir. Lakin çirkləndiklərinə görə ildə bir dəfə yuyulması və təmizlənməsi tələb olunur.
4.1.4 İşıqlanma
Divarın yan tərəflərində, yaxud da damın üzərində işıqlanma üçün kifayət qədər
yerlərin qoyulması vacibdir. İşıqlanma lövhələrinin damda qoyulması buxarlanmış
suyun damcılar təşkil edərək yenidən tövləyə qayıtması baxımından məsləhət
görülmür. Pəncərələrin və işıqlanma üçün nəzərdə tutulmuş hissələrin ümumi sahəsi
divar sahəsinin təqribən 5-10 %-ni əhatə etməlidir ki, qoyunlar kifayət qədər işıqlanma
ilə təmin olunsun.
4.1.5 Damın quruluşu
Yem axurlarının asılması üçün dam konstruksiyasında taxta tavanın olması üstün
cəhətdir. Damın üstü sement lövhələrlə, trapez dəmirlərlə örtülə bilər. Trapez dəmirlər
iqtisadi baxımdan daha ucuz və sərfəlidir. Tövlənin işıqlanması kənar barılarla kifayət
qədər deyilsə, işıqlanma materiallarının köməyilə çölün işığının içəri düşməsini təmin
etmək olar.
4.1.6 Qapılar və darvazalar
Qapılar heyvanların tez-tez çölə çıxması ilə əlaqədar olaraq yüngül olmalı və eni ən azı
4 m-ə bərabər olmalıdır. Qapılar tövlənin içərisinə deyil, çölə açılmalıdır. İçəriyə açılan
darvaza tövlənin yerini azaldır və daxili təchizetmə imkanlarını məhdudlaşdırır.
Həmçinin bu zaman heyvanlarda stress yaranır. Darvazaların yarıdan yuxarısının
açılıb bağlana bilməsi tövlənin işıqlanmasında istifadə edilə bilər.
4.1.7 Tövlənin içərisinin təchizatı
Tövlənin içərisi heyvanlar üçün individual olaraq təchiz edilə bilər. Bu, aşağıdakılardan
asılıdır:
• Heyvanın cinsindən;
• Heyvanın kateqoriyasından və fiziki vəziyyətindən;
• Sürünün böyüklüyündən;
• Yem təchizatına və yemə olan tələbatdan.
4.1.8 Tövlənin içərisində hissələrə ayırma
Tövlədə qoyunların qrup şəklində saxlanması onların müxtəlif məhsuldarlıq
dövrünə uyğun aparılır. Məsələn, boğaz, yanı balalı (bir, yaxud əkiz) kökəltmə və s.