Hissə-hissə otarma Təzə otlaq yerlərində gündəlik intensiv otarılma |
Müntəzəm yem qəbulu var. Yem itkisi azdır. Arıqlama təhlükəsi azdır. |
Hasarların yerlərini dəyişmə zamanı çox əmək sərf edilir. Parazitə yoluxma problemi yarana bilər. |
Sərbəst otarma Yaylaqda saxlama Yaxud köç |
Arıqlama təhlükəsi yoxdur. Demək olar ki, parazitə yoluxma təhlükəsi yoxdur. Təbii bəslənmə var. |
İntensiv əmək sərfi var. Davamlı nəzarət var. |
Mənbə: https://www.ktbl.de/.../Andere.../Schafe.../Schafhaltung.pdf
4.1 Tövlənin inşası üçün ümumi tələblər
Heyvanların texnika ilə yemlənməsi, yaxud tövlənin təmizlənməsi üçün tövlədə
mümkün qədər az bölgülər olmalıdır, yəni maneələr olmamalıdır. Tövlələrdə
hündürlük azı 3,50 m olmalıdır. Tövlədə lazımi qədər hava kütləsinin olması üçün
də hündürlük əhəmiyyətlidir. Əsaslı və tövsiyə olunan saxlanma üsulu qalın saman
səpini ilə qoyunların qrup şəklində saxlanması üsuludur. Bu üsul əmək sərfi cəhətdən
mühüm rol oynayır, ilin soyuq zamanlarında heyvanların istiliyə olan ehtiyacının
ödənilməsi üçün müsbət rol oynayır. Bununla heyvanlar soyuq havada belə tövlədə
özlərini rahat hiss edirlər və yem qəbulunda və məhsuldarlıqda azalma müşahidə
edilmir. Yem qablarının yüksəkliyə görə nizamlanması çoxalan peyin qatına görə
aparılmalıdır. Yem qabları qoyulduqdan sonra lazım gələrsə, onların 50 sm-ə qədər
yuxarı qaldırılması mümkün olmalıdır.
Qoyun tövlələri inşa edilərkən hər bir qoyunun cinsinə, yaşına görə tələblər (cədvəl 5) nəzərə alınmalıdır.
Cədvəl 5
Tövlə sahəsi və yem axurlarının uzunluğuna tələb
Heyvan | Yerə olan tələb, m2/baş | Axurun uzunluğu, m/baş |
Ana qoyun | 0,8-1,0 | 0,4 |
Ana qoyun bala ilə | 1,8-2,3 | 0,6 |
Quzu 6 aya qədər | 0,5 | 0,2 |
Quzu 6-12 ay | 0,6 | 0,3 |
Doğum şöbəsi – ana qoyun |
2,0-2,5 | 0,5 |
Damazlıq qoç | 2,5-3,5 | 0,5 |
Mənbə: www.alpinetgheep.com/broschueren-und-infomaterial.html