Sərin və quru tövlələrdə qoyunlar daha yaxşı yaşayır və həmin şəraitə uyğunlaşırlar. Bunun əksinə, isti və rütubətli tövlələrdə qoyunlar özlərini narahat hiss edirlər. Qoyunların sərbəst olmaları üçün bütün mövcud imkanlardan istifadə edilməlidir. Hətta qış aylarında sərbəst gəzinti yerləri kimi çöl ərazilərindən istifadə edilməlidir. Qoyunçuluq fermalarının inşası zamanı bu nəzərə alınmalıdr. Yəni tövlələrin bayırla əlaqəsi hər zaman saxlanılır.
Xüsusilə qışda, soyuq havalarda heyvanlara quru, təmiz və hava cərəyanı olmayan qoyun tövləsi lazımdır ki, üşüməsinlər. Ona görə də yatma sahəsində saman qalın səpilir. Başlıca olaraq ana qoyunlar və quzuların istiyə daha çox ehtiyacı olur. Təzə qırxılmış qoyunlar da soyuğa çox həssas olurlar.
Qoyunların Azərbaycanda saxlanması əksər halda tövlədə saxlanma ilə örüşdə saxlanmanın kombinasiyası ilə həyata keçirilir. Yəni heyvanlar üç fəsli çöldə, yalnız qışı tövlədə keçirirlər. Respublikada az məsrəfli və çox tərəfli istifadəyə yararlı binalar üstün (cədvəl 4) tutulur. Bununla belə, bu binalar heyvana və onun saxlanma üsuluna uyğun olmalıdır.
Cədvəl 4
Ana qoyunlar və quzular üçün yemləmə və saxlanma üsulları
Saxlama üsulu | Müsbət tərəfi | Mənfi tərəfi |
Tövlədə saxlama | Müntəzəm yem sərfi baş
verir. Az yem itkisi olur. Parazit problemi azdır. |
Böyük işçi və maşın xərcləri tələb olunur. |
Sabit örüş yeri | Sahə genişdir, hasar yoxdur. Əmək sərfi azdır. |
Qeyri-müntəzəm yem qəbulu baş verir. Yem itkisi yüksəkdir. Qoyunların arıqlama təhlükəsi var. Parazit problemi yaranır. |
Yer dəyişərək örüşdə Çoxlu sahələrdən ibarət |
Çox, yaxud az miqdarda müntəzəm yemləmə baş verir. Arıqlama təhlükəsi azdır. |
Hasarlar üçün əmək sərfi var. Ola bilsin ki, parazitə yoluxma problemi yaransın. |