Sığınacaqda, yaxud örüşdə
qoyunların saxlandığı yeri və
onların vəziyyətini müşahidə
edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Qoyunların yem axuruna diqqət yetirin. Əgər
qabağında yem yoxdursa, yem itələyici ilə yemi
heyvanların qabağına itələyin.
- Heyvanların dırnağına və yelininə baxın. Əgər
heyvan axsayırsa, yaxud dırnağında yaralanma
görmüsünüzsə, dərhal həkimi, yaxud feldşeri
məlumatlandırın.
- Heyvan yıxılmışdırsa, onu həkimin yardımı ilə
qaldırın.
- Sədd çəkməklə, yaxud qrup şəklində növbəli
otarma aparılırsa, hasarın, yaxud səddin
materialını yoxlayın,əgər tikanlı məftillərdən
istifadə edilmişdirsə, bu, heyvanı zədələyir.
Bu zaman siz də sürüdə bir çox zədəli, yaxud
hasara dolanmış heyvanlar görəcəksiniz. Bu
haqda dərhal təcrübə rəhbərini, yaxud müəssisə
rəhbərliyini məlumatlandırın.
|
Qoyun saxlanan tövləyə gedin
və heyvanın tövlədə saxlanma
üsulu ilə yaxından tanış olun. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Sağlam heyvanlar olan yerdə axsayan,
burnundan selik axan, yaxud da zəif heyvan
müşahidə etdikdə, dərhal saxlandığı qrupun
nömrəsini qeyd edin və baytar həkimini
məlumatlandırın.
- Tövlədə heyvanların bölüşdürülməsini iş
dəftərinizə qeyd edin.
- Qoyunların döşəməsinin samanı suludurmu və
tövlənin havası çirklidirmi?
- Döşəmə çirklidirsə, döşəməni təmizləyin və quru
saman səpin.
- Havanın çirkli olması heyvanın məhsuldarlığı və
sağlamlığına ziyandır.
- Bu haqda baytar həkimini və yaxud fermeri
məlumatlandırın.
|