Pəncərənin sahəsi döşəmə sahəsinin azı 3%-ni təşkil etməlidir.
Tövlə sahəsinin çoxlu bokslardan ibarət bölüşdürülməsinə yem axurlarının yerləşdirilməsi ilə, yaxud da sadə sədlər qoymaqla nail olmaq mümkündür. Bu paylaşdırma qoyunların yemlənməsi və lazımi yemə olan tələbatının ödənilməsi üçün xüsusilə vacibdir. Balalı ana qoyunlar balası olmayan, yaxud boğaz qoyunlardan ayrı saxlanılmalıdır. Bundan əlavə, tövlədə doğuma hazırlıq, doğum boksunun olması əhəmiyyətlidir. Bunun köməyilə əkiz balalı, yaxud üçəm balalı qoyunlar doğumdan sonra bir neçə günlük həmin bokslarda saxlana və onlara fərdi qulluq göstərilə bilər.
Qoyunların yaza qədər uzunmüddətli tövlədə saxlanması zamanı qış aylarında peyin bir neçə sm-ə qədər yüksələ bilər. Peyin tövlədən, əsasən, yazda təmizlənir. Yem axurlarını, sədləri və su qablarını yerləşdirərkən bu hallar nəzərə alınmalıdır ki, artan peyinin hündürlüyü ilə sonra onları nizamlamaq mümkün olsun.
Qoyun tövləsi elə təchiz olunmalı, elə bir ölçüdə qurulmalıdır ki, bu, qoyunların növünə uyğun olsun. Növlərə görə həmin tövlənin təchizatını təmin etmək mümkün olsun. Sərbəst gəzinti sahəsində qoyunlar sürü şəklində hərəkət edə bilməlidir ki, bu da çöldəki şəraiti nisbətən təmin etmiş olur.
Tövlənin qoyunlar yatan sahəsində döşəmənin yumşaq və isti olması üçün kifayət qədər samanla örtülməsi lazımdır. Ən çox istifadə olunan saman səpilməsi qalın samanlama sistemidir. Saman o qədər tökülür ki, qoyunların yatma sahəsi samandan görünmür. Bununla döşəmənin istilik saxlama qabiliyyəti və quruluğu təmin olunur.
Qoyunlar özlərini sərin və quru tövlələrdə daha yaxşı hiss edirlər, isti və rütubətli tövlələrdə isə özlərini pis hiss edirlər. Qoyunların sərbəst olmaları üçün bütün imkanlardan istifadə etmək tələb olunur. Hətta qış aylarında sərbəst gəzinti yerləri kimi çöldəki ərazilərdən istifadə edilməlidir.
Qoyunun heç bir zaman tək qalmasına icazə vermək olmaz. Hətta doğuma az qalmış ana qoyun qısa müddət də olsa, sakitlik üçün başqa qoyunlardan ayrı saxlansa belə, göz əlaqəsi yenə də saxlanmalıdır. Qoyunların bir-birinə yaxın olmağa ehtiyacları var. Bu zaman istirahət və yem qəbulu üçün lazımi qədər yerləri olmalıdır.
Qoyunlar gün ərzində yem qəbul edirlər və yataraq qəbul etdikləri yemi gövşəyirlər. Gün ərzində normaya müvafiq yaşıl ot, qoyun yemi və içməli su qəbul etdikləri zaman özlərini yaxşı hiss edirlər. Yem və su qəbul etdikləri yerin təmiz qalması vacibdir. Çünki qoyunlar çirkli yem axurları, yaxud su qablarına tərəf getmirlər. Qoyun tövləsini, sığınacaqları, eləcə də yem axurlarını və su qablarını müntəzəm olaraq təmizləmək tələb olunur.
2.3 Otlaqda qoyunun saxlanması arasında əlaqə
Qoyunçuluq təsərrüfatlarında heyvanların sürü şəklində otarılması, xüsusilə baş sayı çox olan sürülərdə otlaq sahəsinə olan tələbat böyük əhəmiyyət kəsb edir. Ona görə otlaq sahələrindən istifadə düzgün təşkil olunmalıdır. İribuynuzlu heyvanların otlaq sahəsində saxlanması zaman keçdikcə azalır. Bu da qoyunçuluq sahəsində heyvanların otlaq sahələrindən istifadəsinə imkanları artırır. Fermer təsərrüfatlarının inkişafı və qoyunçuluqda əldə olunan gəlirlərin artırılması üçün otlaqlardan səmərəli istifadə edilməlidir.