1.4 Qoyunların gübrələmədə əhəmiyyəti
Qoyunlar otlaqlarda otarılarkən eyni zamanda həmin sahələrin gübrələnməsində əhəmiyyətli rol oynayırlar. Bundan başqa, qışda tövlədə saxlanarkən qoyundan alınan peyin bağ, bostan və əkin sahələri üçün əhəmiyyətli dərəcədə təbii gübrə mənbəyi əmələ gətirir.
Qoyun peyininin quru maddə tərkibi 25-30 % təşkil edir. Bu tərkibdə peyinin yaşıl sahəyə verilməsi ilə otlaqlar və həmçinin əkin sahələri mühüm qidalı maddələrlə zənginləşir.
Hər 1 ton peyində 8 kq ümumi azot, 3 kq fosfor (P2O5), 7 kq kalium (K2O), 4 kq əhəng (CaO), 2 kq maqnezium (MgO) və 200 kq üzvi maddə mövcuddur. Qoyunların örüşdə otarılması ilə əlaqədar olaraq örüşdə müntəzəm olaraq peyinin paylanması həyata keçirilir ki, bu da örüşün yenidən üzvi maddələrlə zənginləşməsi ilə nəticələnir.
1.5 Digər məhsullar
Təcrübə və tədqiqatlara görə qoyundan digər məhsullar da əldə etmək olar. Nümunə üçün buraya qoyun südündən hazırlanmış təbii kosmetik məhsulları, lanolin dəri kremini misal çəkmək olar. Xüsusilə allergiyalı insanlar bu tip təbii məhsullardan daha çox istifadə edirlər.
Sərbəst iş üçün tapşırıqlar
1. Azərbaycanda qoyun cinsləri;
2. Qoyun ətinin kəsimi və qiymətləndirilməsi;
3. Yun və yundan əldə olunan məhsullar;
4. Qoyun dərisi, dərinin hazırlanması və istifadəsi;
5. Qoyunların peyininin yaylaqlarda əhəmiyyəti.