Sərbəst iş üçün tapşırıqlar
1. Qoyunlarda qırxımın aparılması, qırxımda şərtlər;
2. Yunun sortlaşdırılması;
3. Zərif və qabayunlu cinslər;
4. Qırxımda qoyulan tələblər və onlara düzgün əməl edilməsi;
5. Yunun göndərilməsi zamanı sənədləşmə;
6. Yunun qiymətinin müəyyən edilməsi və çeşidlərə ayrılması.
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Qırxımın aparılması
qaydalarına düzgün
riayət olunmasına
çalışın. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə qoyunların ümumi vəziyyətinə nəzarət edin.
- Qırxım başlanmazdan əvvəl məntəqədə səliqə-sahman
yaratmalı, toz-torpaq və digər yun zibilləyici amillər
təmizlənməlidir.
- Qırxıma 5-10 gün qalmış qırxım aqreqatı quraşdırılaraq
işə hazır olması yoxlanılmalıdır.
- Qoyunlar qırxılarkən yun örtüyü quru olmalıdır.
- Qoyunları qırxım qabağı – cinsinə, cinsiyyətinə, yaş
qrupuna və yun örtüyünün rənginə görə qruplara
ayırmaq lazımdır.
- Yuyulmayan rənglə qoyunları nişanlamaq olmaz.
- Bu işlərin aparılmasında yaxından iştirak edin və edilən
işləri dəftərinizə qeyd edin və qırxımın tələblərə cavab
verməsini qiymətləndirin.
- Bu haqda təsərrüfatı məlumatlandırın.
|
|
|