|
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Listerioz xəstəliyinin
tipik əlamətlərini
göstərin (əgər varsa). |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Tez-tez rast gəlinən xəstəlik formasıdır. Xəstəliyə müxtəlif
kliniki formalarda rast gəlinir ki, bunlardan heyvanlarda daha
çox mərkəzi sinir sistemi və genital orqanların pozuntularını
göstərmək olar.
- Əvvəlcə qoyunların ümumi vəziyyətinə nəzarət edin.
- Qışda yemlərin keyfiyyəti çox vaxt o qədər də yaxşı olmur və
həmçinin tövlənin iqlim şəraiti də kafi olmur. Bu amillər də
xəstəliyin yaranmasının əsas səbəbidir.
- Xəstəliyin tipik əlamətləri hərəkət və istiqamətlənmənin
pozğunluğudur, başın dairəvi hərəkətidir. Bu, başın iflici, yəni
beyinin iltihabı ilə səciyyələnir.
- Ona görə də yem verilərkən senajın keyfiyyətinə, kifayət qədər
vitamin və mineral maddə təminatına, eləcə də rasionda xam lif
və zülal tərkibinə diqqət yetirmək lazımdır.
- Sürüdəki qoyunlarda yuxarıdakı çatışmazlıq görünərsə,
qoyunları işarələyin və baytar həkimini məlumatlandırın.
|
Brusellyozun
əlamətlərini müəyyən
edin (əgər varsa). |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Balasalma və sonun ləngiməsi ilə xarakterizə olunur, lakin çox
fərqli kliniki əlamətlər də müşahidə edilir.
- Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və bruselladaşıyıcı
heyvanlardır. Həssas sağlam orqanizmlərin yoluxması ətraf
mühit keçiriciləri vasitəsilə (yem, su, əşyalar, otlaq və s.) baş
verir.
- Qoyunlarda balasalma boğazlığın 4-5-ci ayında baş verə bilər.
- Belə hallar gördükdə mütləq baytar həkimini məlumatlandırın.
|
Qoyunlarda yoluxucu
mastitin əlamətlərini
təyin edin (əgər varsa). |
- Yoluxucu mastit balasalma və sonun ləngiməsi ilə xarakterizə
olunur, lakin çox fərqli kliniki əlamətlər də müşahidə edilir.
- Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və bruselladaşıyıcı
heyvanlardır.
- Həssas sağlam orqanizmlərin yoluxması ətraf mühit keçiriciləri
vasitəsilə (yem, su, əşyalar, otlaq və s.) baş verir.
- Qoyunlarda balasalma boğazlığın 4-5-ci ayında baş verə bilər.
- Sürüdə belə halları müşahidə edərsinizsə, qoyunu işarələmklə
baytar həkimini, yaxud fermeri mütləq məlumatlandırın.
|
|
|