İnsanlar xəstə heyvanlardan və ya onların zərərsizləşdirilməmiş məhsullarından istifadə edərkən yoluxurlar.
Brusellalar giriş qapısından limfa vasitəsilə orqanizmə yayılır və regional limfa düyünlərində tutulurlar. Bir müddət bu düyünlərdə çoxaldıqdan sonra törədicinin dozasından və virulentliyindən, eyni zamanda makroorqanizmin müdafiə xassələrindən asılı olaraq brusellalar bu düyünlərdə ya məhv edilirlər, ya da qana keçib daxili orqanlara yayılırlar.
İmmunitet. Həmişə qeyri-sabitdir və asanlıqla yüksək doza ilə pozula bilər. Yaranan immunitet iki fazadan ibarətdir. Əvvəlcə infeksion və ya qeyri-steril immunitet, sonra isə postinfeksion və ya steril immunitet inkişaf edir.
Kliniki əlamətləri. Əksər hallarda heyvanlarda xəstəlik latent (gizli) keçir.
Qoyunlarda balasalma ilə müşahidə olunur.
Diaqnozu. Diaqnoz epizotoloji analizin nəticələrinə, kliniki və laborator müayinələrinə əsasən qoyulur. Törədicinin alınması həlledici vasitədir.
Allerji və seroloji müayinələrin nəticələrinin çox böyük əhəmiyyəti var. Bu məlumatlar xəstəliyin yayılma dərəcəsinin və ona qarşı kompleks tədbirlər sisteminin müəyyən olunması üçün müstəsna əhəmiyyət daşıyır.
Kənd təsərrüfatı heyvanlarının brusellyozunun laborator diaqnostikasında heyvanın növündən asılı olaraq istifadə olunan seroloji və allerji reaksiyalar müxtəlif ola bilər.
Xırdabuynuzlu heyvanlarda - 10%-li NaCl məhlulunda AR, Roz- benqal sınağı, KBR, KUMBR, allerji;
İlk dəfə brusellyoz diaqnozu qoyulmuş sağlam təsərrüfatlarda yalnız seroloji reaksiyalardan istifadə etməklə kifayətlənmək olmaz.
Təfriqi diaqnoz üçün brusellyozu kampilobakteriozdan, yoluxucu rinotraxeitdən, salmonellyozdan, ku-isitməsindən, listeriozdan, trixomonozdan, zəhərlənmələrdən fərqləndirmək lazımdır.
Təfriqi diaqnozu. Brusellyozu bir çox infeksion və qeyri-infeksion xəstəliklərdən təfriq etməyi bacarmaq lazımdır. Brusellyozda qeyd olunan xarakterik əlamət - balasalma listeriozda trixomonozda, kampilobakteriozda, infeksion - follokulyar vestibulitdə, yemlərlə zəhərlənmələrdə, zədələnmələrdə və s. müşahidə olunur. Qoyunlarda balasalma paratif listerioz, xlamidioz, kampilobakterioz xəstəliklərində, zədələnmələr nəicəsində yemlərlə zəhərlənmələrdə əmələ gələ bilər. İnəklərdə isə sonun ləngiməsi natamam yemləmə nəticəsində baş verə bilər.
Profilaktika və mübarizə vasitələri. Əsas profilaktik tədbirlər törədicinin kənardan təsərrüfata gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alınan heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir.
Törədici təsərrüfata yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür.
Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir.