Məhsuldarlığı
qiymətləndirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Qoyunların yetişdirilmə işinin həyata keçirilməsində əsas
şərt seçilmiş heyvanların məhsuldarlıq qabiliyyətinin
yoxlanmasıdır.
- Yetişdirilmənin qiymətləndirilməsində, xüsusilə ətlik
istiqamətli yetişdirilmədə gündəlik çəki artımına, ətin
çıxımına və piylənmə dərəcəsinə nəzarət edilməli və
məlumatlar qeyd olunmalıdır.
- Qoyunçuluqda heyvanların seçmə, taylaşdırma və
əvvəlki taylaşdırmanın nəticəsinin qiymətləndirilməsi
– yəni bonitirəsi aparılır. Yəni diri çəki, yun qırxımı,
balalama qabiliyyəti, əcdadı və nəslin keyfiyyətinin
uçotu aparılır.
- Məlumatları 5 qoyuna görə yığın və təcrübə rəhbərinə
bildirin.
|
Quzuların
yetişdirilməsində
iştirak edin. |
- Üçüncü həftədən quzuları qüvvətli yemlərlə və keyfiyyətli
zərifgövdəli quru otla yemləmək olar.
- İsti arxacları köçürülə bilən lövhələrlə qəfəslərə bölün
ki, quzularla birlikdə anaclar da ilk iki gün binalarda
saxlansın.
- Adətən quzulama 30-50 dəqiqə davam edir. Doğulduqdan
15-20 dəqiqə sonra quzu ayağa qalxır və süd əmə bilir.
- Quzu və anac qoyunu yanından müvəqqəti
nömrələyirlər.
- Quzu südü qəbul edə bilmirsə, bu zaman ona kömək
etmək lazımdır, yaxud da süd qabından ağız südü içirin.
|