9.3 Yetişdirmə metodları
Arzuolunan yetişdirmə məqsədinə uyğun yetişdirməyə nail olmaq lazımdır. Hər bir yetişdirmə tətbiqinin təsiri və əhəmiyyəti o olmalıdır ki, əldə edilmiş yeni cinslərdən məhsuldarlıqla yanaşı, məhsuldarlıq genləri də keçmiş olsun.
9.3.1 Təmiz cinsin yetişdirilməsi
Təmiz cinsin yetişdirilməsi bir cins üzrə damazlıq seçiminə və həmin cinslərin cütləşməsinə əsaslanır. Burada əsas məqsəd həmişə olduğu kimi, nəzərdə tutulmuş məhsuldarlıq xüsusiyyətlərinə nail olmaqdır. Müvəffəqiyyətin əldə edilməsi üçün şərt heyvanın yaxşı irsə malik olması və məhsuldarlıq nişanələrinin mübadiləsidir. Kiçik qruplarda diqqət yetirmək lazımdır ki, təkrar yetişdirmə məhsuldarlığın yenidən aşağı düşməsinə səbəb ola bilər. Əksər qoyun cinslərində ət məhsuldarlığı və ət çıxımı fərqləri böyük olur ki, bununla lazım olan irəliləyiş əldə olunsun. Bu, o deməkdir ki, ətlik cinslərdə kökəlmə və ət istiqamətli yetişdirmə səmərə verir. Məhsuldarlıq göstəricisi yüksək olmayan, yaxud genetik xüsusiyyətləri eyni olan cütlüklərin yetişdirilməsinə o qədər də əhəmiyyət verilmir. Balavermə qabiliyyətinin yüksək olması istiqamətində damazlıq işlərinin nəticəsini dərhal bilmək olmur, burada uzun müddət gözləmək lazım gəlir. Dağ qoyunundan ətlik qoyun cinsinin əldə olunması üzrə yetişdirmə daha asandır. Qoyunçuluğun iqtisadi səmərəliliyi, xüsusilə yüksək keyfiyyətli və çox miqdarda ət məhsulunun əldə olunması və bala verimindən əhəmiyyətli dərəcədə asılıdır. Merinos qoyun cinsi çox yaxşı döl vermə xüsusiyyətinə malikdir və həmçinin əti yüksək keyfiyyətlidir. Bunun üçün əsas şərt ayrılmış qoçun uyğun olmasıdır. Bu da təsərrüfatın ətlik, yaxud südlük istiqamətindən asılı olaraq dəyişir.
Bildiyimiz kimi, ölkəmizin qoyunçuluqla məşğul olan təsərrüfatlarında süni mayalanma işi düzgün təşkil edilmədiyi üçün sürülərdə təmizqanlı qoyunların faizi çox azdır.
Bu geriliyi aradan qaldırmaq üçün dövlət və kəndli-fermer təsərrüfatlarında zootexniki damazlıq seleksiya işinin əsas istiqaməti qoyunların məhsuldarlıq keyfiyyətinin yüksəldilməsinə doğru yönəldilməlidir. Sürülərdə ana qoyunların xüsusi çəkisinin və bir tipli müntəzəm yun örtüyünə malik olan qoyunların artırılmasına xüsusi fikir verilməlidir. Respublikamızın təbii-iqtisadi zonalarının xüsusiyyətləri və yem bazası nəzərə alınmaq şərti ilə Gədəbəy rayonunun dövlət və kəndli-fermer təsərrüfatlarında yunluq-ətlik istiqamətli zərifyunlu Azərbaycan dağ merinosu cinsindən ibarət qoyunların artırılması daha məqsədəuyğundur. Çünki bu sahə sovet dövründə daha geniş inkişaf etdirilmişdir. Bu bölgədə əsas məqsəd yüksək yun məhsuldarlığına, uzun-zərif yuna, kifayət qədər diri çəkiyə malik və köçəri qoyunçuluq şəraitinə yaxşı uyğunlaşan yunluq-ətlik istiqamətli qoyunların yetişdirilməsidir.
Qoyunçuluqda sürünün geniş təkrar istehsalı məsələləri böyük iqtisadi əhəmiyyətə malikdir. Sürülərin artırılması və tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsulunun tətbiqi günün vacib məsələlərindən biridir. Bu mütərəqqi üsul yaxşı keyfiyyətli törədicilərin toxumunun alınması, saxlanması və istifadə olunmasının bir sıra texniki üsullarının tətbiq olunmasına əsaslanır. Bu üsulların tətbiq olunması qoyunların cins tərkibini (keyfiyyətini) yaxşılaşdırır.