Yetişdirmənin qiymətləndirilməsində, xüsusilə ətlik istiqamətli yetişdirmədə gündəlik çəki artımı, ətin çıxımı və piylənmə dərəcəsinə nəzarət edilməlidir və məlumatlar qeyd edilməlidir. Bu üsulda yetişdirmə üçün nəzərdə tutulmuş heyvanların yetişdirilməsi üçün maksimum yaş həddi 130 gün və diri çəki 35-45 kq olarkən qiymətləndirmə aparılmalıdır. Burada da gündəlik çəki artımı, yağ payı, ət payı və bədənin qiymətləndirilməsi aparılır. Yoxlanmış ayrı-ayrı heyvanlar haqqında nəticələrə görə hər bir cinsin orta göstəricisi çıxarılır və bu zaman cinsin orta qiymətləndirilməsi 100 bal olmalıdır.
Qoyunçuluqda heyvanların seçmə, taylaşdırma və əvvəlki taylaşdırmanın nəticəsinin qiymətləndirilməsi – yəni bonitirəsi aparılır. Yəni diri çəki, yun qırxımı, balalama qabiliyyəti, əcdadı və nəslin keyfiyyətinin uçotu aparılır. Yaxşı heyvanlar sürünün artırılması üçün saxlanılır və ya damazlıq məqsədi ilə satılır. Pisləri isə otlaq və ya bordaq şəraitində kökəldilərək ət tədarükünə verilərək çıxdaş edilir. Qoyunların bonitirəsi qəbul edilmiş istiqamətə cavab verən ən yaxşı heyvanların seçilməsi, seçmə aparılan əlamətlərin inkişafının keyfiyyətcə qiymətləndirilməsi əsasında qoyunların siniflərə ayrılmasına deyilir. Qoyunların siniflərə ayrılması ana qoyunlara törədici qoçların təhkimini asanlaşdırır və sürünün daha qiymətli hissəsi olan elit və birinci sinif heyvanlara yaxşı yemləmə və bəsləmə şəraitinin yaradılmasına imkan verir.
Bonitirə keçən ilki damazlıq işlərinin yekunlarına və onun qiymətləndirilməsinə, hər yeni nəsil heyvanlar alındıqca onların keyfiyyətinin necə dəyişdiyinin müəyyən edilməsinə imkan yaradır. Qoyunçuluqda iki növ fərdi və sinfi bonitirə həyata keçirilir.
Qoyunların fərdi bonitirəsi zamanı heyvanların vacib məhsuldarlıq keyfiyyətləri, onun eksteryer və konstitusiyası qiymətləndirilir. Hər bir heyvanda qiymətləndirmənin nəticəsi xüsusi jurnala qeyd olunur və sonra onlar fərdi damazlıq vərəqlərinə keçirilir. Bunlar:
Sinfi bonitirə zamanı qoyunların siniflərə ayrılması, heyvanların məhsuldarlıq keyfiyyəti, konstitusiya-kompleks qiymətləndirilməsi həyata keçirilir. Sinfi bonitirə zamanı ayrı-ayrı heyvanların keyfiyyəti qeyd edilmir, lakin bonitirə edilən hər qoyun qrupunda müxtəlif siniflərə aid edilmiş heyvanların miqdarı nəzərə alınır.
Dövlət və kəndli-fermer təsərrüfatlarının rəhbərləri, kənd təsərrüfatları mütəxəssisləri (zoobaytar) qoyunçuluğu inkişaf etdirmək, onun cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığını artırmaq məqsədi ilə bu məsləhətlərə ciddi əməl etməlidirlər.