|
|
Yunun qırxımında
sanitar gigiyenik
tələblərə riayət edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem
verilməməlidir, yunu tamam quru olan qoyunlar
qırxılmalıdır.
- Qırxımda baytarlıq nəzarəti və yardım göstərmək üçün
müvafiq dərmanlar olmalıdır.
- Qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində
olan kəsiklər dezinfeksiya edilir.
- Qarın hissəsindəki və ayağın aşağısındakı yunu əsas
yundan ayırın.
- Çox kirli və qısa yunu bir tərəfə ayırın.
|
Qoyunlara qulluq,
dırnağa qulluğun
aparılması qaydalarına
diqqət edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı dezinfeksiya
vannasına salın.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Təsərrüfatda zəif və xəstə qoyunları təyin edin və
işarələyin.
- Dırnaq problemi olan qoyunları tapın, yeriyərkən
axsayan, ot, yaxud su içərkən dizini bükən qoyunlarda
dırnaq problemi var.
- Qoyunları işarələyərkən onları dəftərinizə qeyd edin və
məlumatları baytar həkiminə bildirin.
- Dırnaqların kəsimində texnikə yardım edin.
|
Otlağa qulluq
edilməsinə diqqət
yetirin. |
- Otlaqlarda bitki örtüyünün vəziyyətinə diqqət yetirin.
- Bitki örtüyünün zəif olması qoyunların artımının zəif
olması, ət və süd məhsuldarlığının az olması deməkdir.
- Otlaqları mümkün qədər məftil, plastik əşya, sellofan,
kəndir, yaxud kağızlardan təmizləyin.
- Metal və digər əşyaların yemlə bərabər qəbul edilməsi
daxili orqanlara ziyan vurar və heyvanın tələfatına səbəb
ola bilər.
- Qoyunların belə materialları yeməsi hallarını gördükdə
dərhal mane olun və yaxud işçiləri məlumatlandırın.
|
|
|