Bunun üçün tikanlı, möhkəm gövdəli, qoyunların yeyə bilmədikləri digər bitki örtüyünü təmizləməklə yüksək keyfiyyətli bitki örtüyünün inkişafına daha yaxşı şərait yaratmaq mümkündür. Həmin bitkilərin otlaqdan təmizlənməsi, seçilməsi aparılmazsa, onlar çiçəkləyərək, daha da yayılaraq heyvan üçün lazım olan bitkilərin inkişafına mane olur ki, bu da otlağın bitki örtüyünün zəifləməsi deməkdir. Örüşün mümkün qədər gübrələnməsi bitki örtüyünün inkişafı üçün münbit şərait yaradır. Heyvanlar otlayan zaman otlaqdan qidalı maddələrin bir qismini mənimsədiyi üçün onları geri qaytarmaq lazımdır. Qoyunların təbii geri qaytardıqları peyin bunun üçün kifayət etmir.
Sərbəst iş üçün tapşırıqlar
1. Qoyunların tövlədə və otlaq şəraitində saxlanması gigiyenası;
2. Qırxım zamanı gigiyena şərtlərinə əməl olunması;
3. Qoyun və keçilərin otlaqda saxlanması zamanı gigiyenik tələblər və qulluq;
4. Döl vermə və tövlədə təmizliyə riayət etmənin heyvanın sağlamlığına təsiri;
5. Heyvanın sağlamlığı və məhsuldarlığı üçün otlağa qulluq.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Qoyunların qırxımında |
|