MODULUN SPESİFİKASİYASI
Məqsəd:
Təhsil alan qoyunçuluğun təsərrüfat üçün iqtisadi əhəmiyyətini bilir. O, qoyunçuluğun
əsaslarını və heyvanların saxlanma şəraitlərinə olan tələbləri bilir. Bununla da
qoyunçuluqda heyvanların düzgün saxlanması və yetişdirilməsi üçün lazım olan
bütün tədbirləri həyata keçirə bilir. Heyvanların anatomiyası haqqında bilikləri
əsasında heyvanlarda baş verən bioloji prosesləri başa düşür.
Müxtəlif yemlər və yemlərə olan tələbat haqqında biliklər əsasında müxtəlif rasionların
düzgün tutulmasını həyata keçirə bilir. Südün formalaşması, laktasiya və sağım
prosesi üzrə əldə etdiyi biliklər əsasında süd istehsalını düzgün təşkil edə bilir. Əldə
edilmiş süddən necə istifadə edilməli olduğunu bilir, lazımi qurğu və qabları təmiz və
qaydasında saxlamağı bacarır. Südü pendir istehsalı üçün emal etməyi bacarır.
Sürünün bərpası üçün şərtləri bilir və cavan heyvanların düzgün yetişdirilməsini
həyata keçirməyi bacarır. Mühüm damazlıq məqsədlərini və mühüm yerli cinslərin
xüsusiyyətlərini bilir. Qoyunlarda balavermə tsiklini bilir və damazlıq üçün uyğun
heyvanları seçə bilir.
Qoyunları qırxa bilir və alınmış yundan düzgün istifadə etməyi bacarır. Qoyunlarda
rast gəlinən mühüm xəstəlik və parazitləri tanıyır.
Birinci tədris ilində əldə edilmiş zoologiya və heyvandarlıq üzrə ümumi ilkin biliklər
bunun üçün əsas şərtdir.
Tədrisin məqsədi
Tədrisin məzmunu
(nəzəri)
Dərs
saatları
(nəzəri)
Tədrisin
məzmunu
(praktiki
məşğələlər)
Qoyunçuluğun təsərrüfat
üçün iqtisadi əhəmiyyətini
bilir.
Qoyunçuluğun təsərrüfat üçün iqtisadi əhəmiyyəti
2
Qiymət müqayisəsi
– yun – ət
Müxtəlif qoyunçuluq formalarını bilir və region üçün mühüm qoyun cinslərini tanıyır.
Tövlədə saxlama forması; Otlaqda (yataqda) saxlanma forması; Tamamlayıcı qoyunçuluq; Region üçün mühüm qoyun cinsləri.
5
Qoyun tövləsinə olan
tələbləri bilir.
Tövlənin təchizatı;
Tövlənin hava şəraiti;
Yerə olan tələbat;
Yem və su ilə təchizat;
Peyinin təmizlənməsi.
5
Tövlələrə
ekskursiya;
Kiçik sürü
üçün tövlə
planlaşdırılması.
Qoyun tövləsini idarə edə bilir.
Gündəlik görülən işlər; yaşa və cinsə görə qruplara ayırmaq.
3
Tövlənin idarə
edilməsi.