Hörümçək və ya tor gənəciyi (Tetranychus urticae Koch)-pambıq bitkisinin təhlükəli ziyanvericisidir (Şəkil 4.46). Gənəcik 150 növə qədər müxtəlif bitkini zədələyir. Hörümçək gənəciyi xırda (0.3-0.5mm) və təhlükəli zərərvericidir. Yaz-yay nəsillərinin rəngi yaşıl-sarı, qışlayan nəslin rəngi isə çəhrayı qırmızı olur. Onlar yazda sığındıqları yerdən çıxıb alaq otlarının üzərinə keçir. Mayın axırında və iyunun əvvəlindən başlayaraq alaq otları kobudlaşdığı üçün gənəciklər mədəni bitkilərə, o cümlədən, pambığa daraşır. Gənəciklər pambıq yarpağının, qönçə, çiçək, qozalar və qoza yanlığının arxasına daraşaraq şirəsini sorur. Gənələrin sorduğu yarpaqlarda xlorofil daşıyan toxumaların məhv olması nəticəsində yarpağın rəngi dəyişərək üst tərəfində sarımtıl-ağ, yaxud qonur-qırmızı ləkələr əmələ gəlir. Nəhayət yarpaqlar quruyub tökülür, bitki çılpaq qalır.
Tor gənəciyinə qarşı mübarizə tədbirləri: