Mənənələr-pambıq bitkisinə, əsasən, yonca, yaxud akasiya (Aphis craccivora Koch) mənənəsi və pambıq, yaxud bostan (Aphis gossypii Giov) mənənələri ziyan vurur (Şəkil 4.40, Şəkil 4.41). Mənənələr pambığa yaz dövründə pambıq cücərtilərinin yarpaqlarına və boy nöqtələrinə daraşaraq onların şirəsini sorur, cücərtilərin bəzilərini məhv edir, qalan pambıq kolları isə qeyrinormal inkişaf edir. Pambığın böyüməsi ləngiyir, qönçə və çiçəklər tökülür. Yonca mənənəsi ilk cücərtilərdən başlayaraq onun qönçələmə dövrünə kimi pambıq mənənəsi isə qönçələmə dövründən başlayaraq yay istiləri düşənə qədər böyük ziyan vurur. Pambıq mənənəsinin dişi fərdlərinin rəngi olduqca dəyişkən olub sarıya, limonu-sarıya və tünd qonura çalan rəngdə olur (Şəkil 4.41). Qanadlanmış fərdlərdə bədənin uzunluğu 1.2-1.9 millimetrdir (Şəkil 4.42). Yonca və ya akasiya mənənəsi qonur və qonur-qara rəngdə olmaqla (Şəkil 4.40) bədəninin bir sıra əlamətlərinə görə pambıq mənənəsindən tamamilə fərqlənir.
Pambıq və yonca mənənəsi bir-birindən xarici bədən quruluşu əlamətlərinə görə fərqlənsələr də, onların yayılması, həyat tərzi, qidalanma xüsusiyyəti, onlara qarşı mübarizə tədbirləri təxminən eynidir.
Mənənəyə qarşı mübarizə tədbirləri: