Pambığın şırımlarla suvarılması Suvarmanın keyfiyyətinə təsir edən amillər şırımın dərinliyi, uzunluğu və ona buraxılan suyun miqdarıdır. Sukeçirmə qabiliyyəti zəif olan torpaqlarda şırımın uzunluğu 200-350 metr, orta dərəcədə olan torpaqlarda 100-300 metr və sukeçirmə qabiliyyəti yüksək olan torpaqlarda isə 90-125 metr götürülməlidir. Cərgəarası 60 santimetr olduqda şırımın dərinliyi 15-18 santimetr, 90 santimetr olduqda isə 18-22 santimetr götürülə bilər.
Pambıq əkinləri dərin şırımlarla, sızqa axınla suvarılır ki, torpaq suyun süzülməsi hesabına islansın. Belə suvarma keçirildikdə torpağın strukturu pozulmur, rütubət və hava tənzimlənir. Suvarmadan sonra tarlanın becərilməsinə məsariflər azalır (Şəkil 4.18).
Pambığın damcı üsulu ilə suvarılması
Artıq son dövrdə dünyanın pambıqçılıqla məşğul olan əksər ölkələrində sudan səmərəli və qənaətlə istifadə olunması, həmçinin, pambığın inkişafının sürətləndirilməsi məqsədilə damcıvari üsul geniş tətbiq olunur. Damcıvari suvarmada su damcılarla birbaşa pambığın kök boğazına və tələb olunan qida sahəsinə verilir. Damcıvari suvarma üsulu suvarma suyunun fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə bitkinin kök sisteminə verilməsindən ibarətdir (Şəkil 4.19).
Damcıvari suvarmanın əsas üstünlükləri: