Zonalar | Torpaqlar | Suvarmaların sayı | Suvarmanın başlanması | Suvarmaların qurtarması |
Gəncə zonası | Əkin qatı qalın olmayan açıq-şabalıdı torpaqlarda | 4-5 | 10-15 iyun | 1-5 sentyabr |
Şirvan zonası | Aran yerlərinin orta və zəif şorlaşmış ağır torpaqlarında | 4-5 | 10-15 iyun | 20-25 avqust |
Qrunt suları yerin səthinə yaxın olan çala-çəmən torpaqlarında | 2-3 | 25-30 iyun | 15-20 avqust | |
Orta mexaniki tərkibli və şorlaşmış arxyanı torpaqlarda | 3-4 | 20-25 iyun | 2-5 avqust | |
Muğan- Salyan zonası | Şimali Muğanın gilli və ağır gillicəli torpaqlarında | 2-3 | 25 iyun-01 iyul | 15 avqust |
Şimali Muğanın orta gillicəli və qumsal torpaqlarında | 3-4 | 20-25 iyun | 15-20 avqust | |
Cənubi muğanın susızdırma qabiliyyəti zəif olan ağır torpaqlarında | 3-4 | 15-20 iyun | 2 avqust | |
Mil- Qarabağ zonası | Çəmən torpaqlarında | 3-4 | 20-25 iyun | 20 avqust |
Qrunt suları yerin səthinə yaxın olan çəmən torpaqlarında | 2-3 | 25 iyun-01 iyul | 15 avqust | |
Az qalın və orta dərəcədə qalın boz torpaqlarda (Arazkənarı rayonların torpaqlarında) | 4-5 | 10-15 iyun | 1-5 sentyabr |
Cədvəl 4.1. Pambığın vegetasiya suvarmalarının təqribi sayı və müddətləri
Çiçəkləmə-bar əmələgəlmə fazasında pambıq bitkisinin suya tələbatı olduqca artır. Bu zaman kifayət qədər suvarma aparılmaması torpağın qurumasına, bitkilərin böyümə və qoza əmələ gəlməsi sürətinin azalmasına, bar orqanlarının tökülməsinə səbəb olur. Nəticədə məhsuldarlıq kəskin azalır.