4.6.1. Pambıq bitkisinin suya təlabatı
Suvarma pambığın həyat tərzini nizamlamaqda əsas aqrotexniki tədbirdir. Suvarma nəticəsində bitkinin su, həm də qida rejimi nizamlanır. Pambığın müxtəlif inkişaf fazalarında transpirasiya əmsalı müxtəlif olur. Bir hektar pambıq tarlasında gün ərzində orta hesabla bitkilərin səthindən aşağıdakı miqdarda su transpirasiya (buxarlanma) olunur:
Suvarmadan sonra kultivasiya vaxtında aparılmasa, koldakı bar orqanlarının xeyli hissəsi tökülür. Torpağın susızdırma qabiliyyətindən, onun mexaniki (qranulometrik) tərkibindən, münbitliyindən, qrunt sularının dərinliyindən asılı olaraq vegetasiya dövründə pambıq əkinləri 2-3 dəfədən 5 dəfəyə qədər suvarıla bilər. Pambığın vegetasiya suvarmalarının sayı, müddətləri və normaları torpaq tiplərindən, qrunt suyunun dərinliyindən və suvarma üsulundan asılı olaraq fərqli şəkildə müəyyən edilir.
Suvarmaların sayı, suvarma norması və müddəti ilə bitkinin boyunu və məhsuldarlığını nizamlamaq mümkündür. Yüksək məhsul yetişdirilən sahələrdə bitkilərin boyu 80-90 santimetr, buğumarası məsafə isə 4.5-5.5 santimetr olmalıdır. Normal inkişaf edən bitkilərin rəngi parlaqyaşıl olur, çiçəklər bar budaqlarının başlanğıcında əmələ gəlir. Buğumarası məsafənin 4 - 4.5 santimetrdən az olması bitkilərin sudan korluq çəkdiyini və 6-7 santimetrdən çox olması isə həddən artıq çox suvarılmasını göstərir. Normadan artıq suvarma bitkidə daha çox vegetativ hissə əmələ gətirməklə qozaların yetişməsini ləngidir. Pambıq bitkisində su çatışmazlığının əlamətləri: