Sonra səpin sxeminə uyğun olaraq bir hektarda bitki sıxlığı (sahədə bitkilərin sayı) müəyyən olunur. Bunun üçün 1 hektar üzrə sahəni (10000 m2) 1 bitkinin qida sahəsinə (cərgəarası x bitkiarası məsafə) bölmək lazımdır. Hesablama aşağıdakı kimi aparılır:
Alınan rəqəm bitki sıxlığını və ya hektara səpiləcək toxumun sayını göstərir. Bəzən hər yuvaya birdən çox toxum əkilərsə, onda bitki sıxlığı artır. Bunun üçün toxum əkiləcək yuvaların ümumi sayı (Nbitki) hər yuvaya əkiləcək toxumun sayına (n) vurulur. Əgər hər yuvaya iki çiyid əkilərsə, bu zaman hektara səpiləcək toxum norması 222222 ədəd təşkil edir.
Tələb olunan toxum sayını çəki hesabı ilə ifadə etmək üçün aşağıdakı tənasübdən istifadə edilir:
Burada alınan rəqəm (14 kiloqram/hektar) optimal səpin normasını ifadə edir. Qeyd olunan hesablamanı ümumiləşdirsək, onda səpin norması (Snorma) aşağıdakı düsturla hesablana bilər:
Burada: Nbitki - hektarda bitki sıxlığı (bitki/ha), n - hər yuvaya səpiləcək toxumun sayı (ədəd), m - 1000 ədəd çiyidin kütləsi (kq), A - toxumun təmizliyi (%), B - toxumun cücərmə qabiliyyəti (%), T - toxumun təsərrüfat yararlılığıdır. Yuxarıda verilmiş misal üzrə rəqəmləri Düstur 3.3-dəki kimi yazsaq, hesablama aşağıdakı kimi alınar:
3.3.3. Toxumun səpinə hazırlanması
Pambıq çiyidinin səpinə hazırlanmasında əsəs tədbirlər toxumun liflərdən təmizlənməsi, isladılması, xəstəlik və zərərvericilərə qarşı dərmanlanması və s. ibarətdir.
Çiyidin lifdən təmizlənməsinə görə toxumlar iki qismə bölünür: