Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Mexaniki (qranulometrik) tərkibinə görə pambıq üçün yüngül ................................................ torpaqlar ən yararlı sayılır.
Sual 7. Pambıq bitkisinin meyvəsi ........................................... adlanır.
Sual 8. Pambıq ................................................ başlayandan kütləvi yetişməyə qədər olan müddətdə daha çox qida elementləri sərf edir.
Sual 9. Çiçəkləmə başlayana qədər pambığın suya tələbatı nisbətən ................................................ olur.
Sual 10. Pambıq bitkisinin gövdəsi üzərində, əsasən, iki cür budaqlar əmələ gəlir ki, onlar ................................................... (boy) və (bar) budaqlar adlanır.
Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Aşağıdakı bitkilərdən hansı pambıq üçün ən yaxşı sələf hesab edilir?
A)
Arpa;
B)
Buğda;
C)
Qarğıdalı;
D)
Yonca.
Sual 12. Pambıq çiyidinin cücərməsi və çıxış alınması üçün torpaqda tələb olunan temperatur nə qədər olmalıdır?
A)
1-2 dərəcə Selsi;
B)
15-18dərəcə Selsi;
C)
35-40 dərəcə Selsi;
E)-1 dərəcə Selsi.
Sual 13. Pambıq bitkisi çiyid torpağa səpildikdən vegetasiyanın axırınadək neçə vegetasiya fazası keçirir?
A)
1 faza;
B)
2 faza;
C)
5 faza;
D)
3 faza