İraq dövlətində də pambıqçılığın inkişaf tarixi çox qədim dövrlərə təsadüf edir. Belə ki insanların dünyada ən qədim yaşayış məntəqəsi olan İraqın şimalındakı Noyova vilayətində (9000 il əvvəl) inkişaf etmiş əkinçilik varmış.
Asiyada pambıqçılığın inkişafını Uott ərəblərin o qitəyə gəlmələri ilə əlaqələndirirlər. Ərəblər herbaseum pambıq növünü Aralıq dənizinin qərb ölkələrinə-Siciliyadan İspaniyaya qədər yaya bilmişlər.
Qədim Misirdə bəzi məlumatlara əsasən pambıqçılıq olmayıb. Bunun səbəbini orada kənaf bitkisinin daha geniş yayılması ilə izah edirlər. Lakin Lors, Herodot və Teofrast qədim Misirdə pambıq lifindən istifadə edilməsini qeyd etmişlər. Herodota görə Misirdə bir çox qiymətli əşyalar “ağac yunundan”, yəni pambıqdan hazırlanırdı. Misirdə pambıqdan istifadə olunması haqda Teofrast və Pliniy də öz yazılarında göstərmişlər.
Azərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Ə. Ə. Sumbatzadə müxtəlif arxiv materiallarına istinad edərək yazır ki, Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Tarixçi Majey Xoreyskinin göstərdiyinə görə IV və VI əsrlərdə Azərbaycanda pambıq becərilirmiş.
Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq
mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə
Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi surətdə pambıq
əkilmişdir.
19-cu əsrin ortalarında F.Engels bu barədə belə yazmışdır: “dəmir və kömür dünya üzərində
hökmranlıq edir, pambıq isə onların ləyaqətli müttəfiqidir”. K. Marks qeyd edir ki, “Əgər pambıq
bitkisi olmasaydı, o zaman insanlar bugünkü mədəniyyətdə ola bilməzdilər”.
Sərbəst iş üçün tapşırıqlar