Lifi alınmış pambıq toxumunun üzərində xırda hissəciklər qalır ki, buna lif altlığı və ya pəmbə deyilir. Lif altlığı toxumun ümumi çəkisinin 2-2.5 faizə qədərini təşkil edir. Lif altlığından isti paltarların astarında, döşəklərin doldurulmasında, yumşaq mebel istehsalında, adyal hazırlanmasında, hiqroskopik (rütubət çəkən) pambığın əldə edilməsində, süni tükün, süni dərinin, süni ipəyin, süni şüşənin hazırlanmasında, bundan başqa, fibr, linoleum, elektrik sarğısı, ebonit, kəndir, kağız, karton, sellofan, avtomobil lakları, partlayıcı maddələr və s. məhsulların istehsalında istifadə edilir.
Şəkil 1.4. Pambıq bitkisindən alınan məhsullar
Pambıq lifindən (19) alınan məhsullar | Pambığın vegetativ orqanlarından alınan məhsullar | Pambıq toxumundan (20) alınan məhsullar |
1 - adi parça |
31 - jmıx (heyvandarlıqda yem)
32 - toxumun nüvəsindən alınır:
33 - toxumun qabığından alınır: |
60 - gövdə və qərzəkdən alınan
məhsullar:
61 - yarpaq və kökdən alınan
məhsullar: |