Burada, Mpaqometr -1 paqometrdə olan xam pambıq məhsulu-kiloqram, ∑m -punktlardan götürülmüş cəmi xam pambıq məhsulu-xkiloqram, Lpunkt -nümunə götürülən punktun uzunluğudur - metr ilə.
Bir paqometrdə olan məhsuldarlıq məlum olduqdan sonra hektarda bioloji məhsuldarlıq aşağıdakı kimi hesablanır:
Burada, Mbioloji -bir hektar üzrə bioloji məhsuldarlıq, 10000 - bir hektar tarlanın sahəsi - m2, Lc -cərgəarası məsafə - metr ilə, 100 - kiloqramdan sentnerə çevirmə ədədidir.
Qeyd: yığım başa çatdıqdan sonra mövsümün sonunda tarlada açılmamış qozaların miqdarı eyni ilə qeyd olunan ardıcıllıqla tapılır. Burada uçot aparılan punktlar üzrə kollarda qalan, açılmamış qozaların sayı tapılır və şərti olaraq bir qozada olan xam pambığın çəkisinə vurulur. Alınmış rəqəm tarlada, pambıq kolu üzərində qalan məhsulu ifadə edir (Mitki). Bu rəqəm qozaların 100 faiz açılması şərti ilə alınmış bioloji məhsuldan (Mbioloji) çıxılır. Nəticədə faktiki açılmış qozaların sayına görə bioloji məhsuldarlıq (Mbioloji-fakt) tapılmış olur.
Fərz edək ki, yuxarıda göstərilən qayda ilə tarlada açılmamış qozaların uçotu aparılmışdır və bütün punktlardan götürülmüş açılmamış qozaların çəkisi ∑ m = 0.84 kiloqram olmuşdur. Onda bir paqon metrdə olan kol üzərində qalan məhsul (açılmamış qozalara görə) aşağıdakı kimi tapılır:
Açılmamış qozalara görə hektarda kol üzərində qalan məhsul aşağıdakı kimi hesablanır:
Onda, faktiki açılmış qozaların sayına görə pambıq tarlasında bioloji məhsuldarlıq aşağıdakı kimi hesablanır:
5.3. Xam pambığın saxlanması, emalı və satışa hazırlanması
Xam pambığın saxlanması, emalı və satışa hazırlanmasına aşağıda qeyd edilənlər daxildir: