Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Pambıq gövdəsinin özək və qida maddəsi aparan boruları tam qəhvəyi rəngdə və toxuması isə parçalanmış formada görünür. Bu, pambıqda hansı xəstəliyin əlamətidir?
A)
Hommoz;
B)
Unlu şeh;
C)
Vilt;
D)
Antraknoz
Sual 12. Pambıq sovkasının təbii düşməni:
A)
Mənənədir;
B)
Tor gənəciyidir;
C)
Trixoqramma;
E) Trips.
Sual 13. Pambıq bitkisinin ən çox yayılmış zərərvericiləri hansılardır (düzgün sıranı seçin)?
A)
Kolorado böcəyi, pambıq sovkası, tütün tripsi;
B)
Ağ qanadlı, şaqqıldaq böcəyi, taxıl hafı, filoksera;
C)
Alma meyvə yeyəni, taxıl bağacığı, pomidor güvəsi, filoksera;
D)
Pambıq sovkası, tütün tripsi, mənənələr, tor gənəciyi, əməköməci güvəsi
Sual 14. Pambıq tarlasına təsiredici maddə hesabı ilə hektara N100P80K50 normada gübrə verilməsi nəzərdə tutulur. Əgər 34 faizli ammonium-nitrat, 18 faizli adi superfosfat və 60 faizli kalium-xlorid gübrələrindən istifadə etsək, onda qeyd olunan gübrələrdən hektara fiziki çəkidə nə qədər tələb olunur?
A)
294.1 kiloqram/hektar ammonium-nitrat, 444.4 kiloqram/hektar adi superfosfat, 83.3 kiloqram/hektar
kalium-xlorid;
B)
300 kiloqram/hektar ammonium-nitrat; 344.4 kiloqram/hektar adi superfosfat, 73.3 kiloqram/hektar
kalium-xlorid;
C)
284.1 kiloqram/hektar ammonium-nitrat; 454.4 kiloqram/hektar adi superfosfat, 93.3 kiloqram/hektar
kalium-xlorid;
D)
394.1 kiloqram/hektar ammonium-nitrat; 544.4 kiloqram/hektar adi superfosfat, 53.3 kiloqram/hektar
kalium-xlorid.
Sual 15. Pambıq kolunda boy nöqtəsinin qoparılması ilə aparılan əməliyyat necə adlanır?
A)
Bicvurma;
B)
Ucvurma;
C)
Haramı zoğun qoparılması;
D)
Bar budağının kəsilməsi