Praktik tapşırıq 4.1.-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən
bacarıqlardan
hansına sahib olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
-
Pambıq tarlasına səfər etdinizmi?
-
Alaq otlarının nümunələrini topladınızmı?
-
Topladığınız alaq otlarının adını, morfoloji əlamətlərini və bioloji xüsusiyyətlərini
müəyyənləşdirdinizmi?
-
Pambıq tarlasında yayılmış alaqlara qarşı kultivatorun uyğun işçi orqanlarını seçdinizmi?
-
Alaqların bioloji xüsusiyyətlərinə uyğun olaraq istifadə olunacaq herbisidləri seçdinizmi?
-
Herbisidlərin sərfiyyat normasına uyğun olaraq işçi məhlul hazırladınızmı?
Praktik tapşırıq 4.2. Vegetasiya dövründə pambıq tarlasında müşahidələrin aparılması və
zəruri qulluq işlərinin müəyyənləşdirilməsi
-
Pambıq tarlasına səfər edilməsi
|
-
Pambıq tarlasına səfər edin və uyğun
müşahidələr aparın.
|
-
Pambığın suya tələbatının öyrənilməsi
|
-
Tarlanın bir neçə yerində pambıq kolunda su
çatışmazlığının və ya artıqlığının əlamətlərini
müşahidə edin;
-
Pambıq altında torpağın əsas kök yayılan
qatından torpaq nümunəsi götürün və onun
nəmliyini yoxlayın;
-
Müşahidələrinizi ümumiləşdirin, su ilə normal
təmin olunmuş pambıq kolları ilə su çatışmazlığı
müşahidə edilən kolların vəziyyətini müqayisə
edin.
|
-
Pambıqda qida maddələrinin
çatışmazlığının öyrənilməsi
|
- Pambıq bitkisinin orqanlarında (yarpaq, gövdə
və s.) azot, fosfor, kalium və digər elementlərin
çatışmazlığının əlamətlərini müşahidə edin;
-
Qida maddələri ilə normal təmin olunmuş
pambıq kolları ilə qida çatışmazlığı müşahidə
olunan kolların vəziyyətini müqayisə edin.
|