MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumi təlim nəticələri:
Təhsilalan kartof və şəkər çuğunduru bitkiləri əkininin əsaslarını bilir və bununla da həmin bitkilərin səmərəli əkilməsi üçün bütün lazımi tədbirləri həyata keçirməyi bacarır. Təsərrüfatda növbəli əkini müəyyənləşdirən faktorları bilir və bitki tərkibini tələbata əsasən lazımi qida maddələri ilə təmin etməyi və zərərvericilərdən mühafizə etməyi bacarır.
Bitkilərin inkişaf mərhələləri haqqında biliklər əsasında və təbiət hadisələrindən asılı olmayaraq yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün bütün tədbirləri düzgün və vaxtında tətbiq etmək iqtidarındadır. O, məhsulun yığılma vaxtını müəyyən edə bilir, məhsul yığımını özü həyata keçirməyi və ya məhsul yığımını təşkil etməyi bacarır. O, kartofun düzgün saxlamasını və ya şəkər çuğundurunun satışını təşkil edə bilir. Birinci tədris ilində əldə edilmiş bitkiçilik üzrə ümumi ilkin biliklər (gübrələmə, torpaqşünaslıq və s.) bunun üçün əsas şərtdir.
Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | Cərgəarası bitkilərin əkini |
Modulun nömrəsi: | 3.1.1.2.2.2.04 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 70 saat |
İxtisas üzrə praktiki dərslər: | 80 saat |
İstehsalat təcrübəsi: | 200 saat |
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) |
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) |
İstehsalat təcrübəsi |
Dərs saatları (istehsalat təcrübəsi) |
Metodik göstərişlər |
Kartofçuluq | |||||||
Öz regionu üçün kartofçuluğun iqtisadi əhəmiyyətini bilir. |
Kartofçuluğun iqtisadi əhəmiyyəti. İnkişaf prosesi. İstifadə imkanları. | 2 | Mühüm məlumatların, gəlir və xərclər haqqında məlumatların toplanması. | 2 | |||
Təsərrüfatda növbəli əkinə təsir edən faktorları bilir, kartof bitkisinin növbəli əkinə, həmçinin, torpaq və iqlimə olan tələblərini bilir. | Torpağa olan tələbat. İqlimə olan tələbat. Növbəli əkinə olan tələbat. Təsərrüfatda bazar İqtisadiyyatı şərtlərinin nəzərə alınması ilə növbəli əkinin optimallaşdırılması. Torpağın bitki əkini üçün hazırlanması. |
3 | Torpaqbecərən k/t maşınlarının işə hazırlanması, bitki əkilməsi üçün torpağın hazırlanması. | 5 | 10/20 |