Xəstəliyin yayılmasına təsir edən əsas amillər aşağıdakılardır:
Mübarizə tədbirləri: Aqrotexniki tədbirlərə düzgün riayət edilməsi gövdənin və yarpaqların fitoftorozla yoluxmasını əhəmiyyətli dərəcədə zəiflədir.
Tədbirin adı | Təsir dairəsi |
Davamlı sortların seçilməsi | Yoluxma riskini azaldır |
Sağlam əkin materialından istifadə olunması, düzgün növbələşmə |
İlk yoluxma mənbəyini azaldır |
Toxumluq kartof yumrularının cücərdilməsi | Yoluxma dövrünədək bitkinin boy və inkişafını sürətləndirir |
Yoluxmuş yumruların çıxdaş edilməsi | İlk yoluxma mənbəyini azaldır |
Yumruların torpağa kifayət qədər dərin basdırılması |
Yoluxmanın sporlar vasitəsi ilə torpaqdan yumrulara keçməsini zəiflədir |
Alaqlarla mübarizənin gücləndirilməsi və azot gübrələrindən minimum dərəcədə istifadə edilməsi |
Havalanma və su rejimi normallaşır, əlavə nəmləndirməyə ehtiyac duyulmur, nəticədə xəstəliyin yayılması zəifləyir. |
Yerüstü kütlənin biçilib yığılması və kimyəvi üsulla zərəzsizləşdirilməsi |
Yığım vaxtı
göbələyin
yerüstü kütlədən yumrulara keçməsinin qarşısını alır |
(Cədvəl 4.3.) Fitoftoroza qarşı tətbiq edilən aqrotexniki tədbirlər.
Qeyd: Yuxarıda göstərilən xarakteristikalar tətbiq üçün ümumi anlayışdır. Herbisidlərin tətbiqinin geniş izahı hər preparatın təlimatında verilir.
Fitoftoroza qarşı tətbiq edilən ən səmərəli və ekoloji baxımdan təhlükəsiz olan mübarizə tədbirlərindən biri də bitki ekstratlarından istifadə edilməsidir. Belə ki, sarımsaq bitkisinin çiçəklənmə fazasında yerüstü yaşıl kütləsindən 250 qram götürüb xırdalanır, 1 litrlik qaba tökülərək ağzı möhkəm bağlanır. Sonra bu məhlul 5 gün saxlandıqdan sonra süzgəcdən keçirilir və su əlavə edilərək 10 litrə çatdırıldıqdan sonra bitkiyə səpələnir.