Patoran 50 faizli (islanan t z) |
Torpaq | Çıxış alınanadək | Faraş sortlarla əkin apardıqda yüngül və orta yüngül torpaqlarda 2,0-2,5, orta gecyetişən sortlarla əkin keçirdikdə, orta və ağır torpaqlarda 3.5-5,0 |
Bazaqran 48 faizli (sulu məhlul) |
Yarpaq | Alaq otunun hündürlüyü kartofun gövdəsinin 10 santimetrliyinə çatanda | 1,5 normanı 2 dəfəyə və hər dəfə 0,75 |
Qezaqrad (islanan toz) |
Torpaq | Çıxışa qalmış | 3-4 |
Kato | Əsasən, yarpaq vasitəsilə |
Çıxışdan sonra bitkinin hündürlüyü 10-15 santimetrə çatdıqda | 0,03-0,05 + 0,18 əlavə (FHS) faraş və çox faraş sortlar üçün tövs yə olunmur |
Ba ta | Kontakt | İlk çıxışda əmələ gəldikdə və gövdəsinin hündürlüyü 5 santimetrə çatdıqda | 2,5-3,0 |
(Cədvəl 4.2) Kartof əkinlərində alaq otlarına qarşı tətbiq olunan herbisidlər və onların tətbiqi vaxtı.
Qeyd: Yuxarıda göstərilən xarakteristikalar tətbiq üçün ümumi anlayışdır. Herbisidlərin tətbiqinin geniş izahı hər preparatın təlimatında verilir.
4.2.2. Kartof xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Kartof bitkisi öz inkişafı dövründə çoxsaylı bakterial, göbələk və virus xəstəliklərinin mənfi təsirinə məruz qalır. Bu xəstəliklər kartof istehsalında böyük itkilərin yaranmasına səbəb olur. Xəstəliklərin bir hissəsi yarpaq və gövdəni sirayətləndirir, bitkidə asssimilyasiyanı, digər fizioloji prosesləri pozur, ehtiyat qida maddələrinin hərəkətini zəiflədir və məhsuldarlığı aşağı salır. Digər xəstəliktörədiciləri isə vegetasiya ərzində və saxlanma zamanı kartof yumrularını yoluxdurur, onun əmtəəlik keyfiyyətini aşağı salır, küllü miqdarda məhsul itkisinin yaranmasına səbəb olur.
Azərbaycan Respublikasının bütün bölgələrində kartof əkinlərinə ən çox ziyan vuran və məhsuldarlığı kəskin surətdə aşağı salan fitoftoroz xəstəliyidir.