Birinci üç halda herbisidlər torpaq vasitəsilə, çıxışdan sonra isə həm yarpaqlar, həm də torpaq vasitəsi ilə təsir edir. Torpaq vasitəsilə təsir edən herbisidləri tətbiq etdikdə əkin vaxtı və sonrakı dövrlərdə aşağıdakı mühüm şərtlər nəzərə alınmalıdır:
Herbisidlərin verilmə müddətlərinin düzgün təyin edilməsi də mübarizə işlərində olduqca vacib şərtlərdən biridir. Kartof yumrularından çıxış alınmasına və ilkin cücərtilər əmələ gəlməsinə az müddət qalmış herbisidlərin tətbiqi daha məqsədəuyğun sayılır.
Ümumiyyətlə, herbisidlərin tətbiqi torpağın tipindən, növündən, havanın hərarətindən və alaq otlarının növ müxtəlifliyindən asılı olaraq mövcud təlimatlara uyğun şəkildə aparılmalıdır. Alaq otlarına qarşı herbisidlərin tətbiqini düzgün müəyyənləşdirmək məqsədilə əvvəlcə 0,25 kvadrat metrlik sınaq sahəsi seçilir. Belə ki, 40 x 60 santimetr ölçüdə taxtadan çərçivə düzəldilərək kartof əkilən sahə üçün daha xarakterik olan və alaq otları yayılan yerə qoyulur. Herbisidi tətbiq etməzdən əvvəl çərçivədə olan alaq otlarının miqdarı qeyd edilir və ilk çiləmə aparılır. İlk çiləmədən 3-5 gün sonra herbisidin hansı növ alaq otlarına nə dərəcədə təsir etdiyi müəyyənləşdirilir. Müqayisə nəticəsində çiləmənin bioloji səmərəliliyi təyin edilir. Növbəti çiləmə təkrarən həmin çərçivədə yoxlanılır və alaq otlarına qarşı mübarizənin səmərəliliyi bir daha dəqiqləşdirilir.
Herbesidlər | Təsir dairələri |
Tətbiq edilən vaxt | Sərfiyyat norması kiloqram/hektara, litr/hektara |
Reyser 25 faizli | Torpaq | Çıxışa 10 gün qalmış, 3 santimetr cücərti əmələ gəldikdə, cücərmiş toxumlarla əkin keçirdikdə dərhal sonra | Hümusun miqdarı 1,5-2,0 faiz olduqda 2,5, 2 faizdən aşağı olduqda 3,0 |
Zenkor 70 faizli (islanan toz) |
Torpaq və yarpaq |
Çıxış alınanadək, çıxışdan sonra cücərtilər 5 və 15 santimetr olduqda | Faraş sortlar üçün 0,5, orta və gecyetişən sortlar üçün 0,5-1,5. Yüngül torpaqlarda 0,5-0,75, orta və ağır torpaqlarda isə 0,75-1,0 |
Bokser | Torpaq | Çıxışa az müddət qalmış | Yüngül mexaniki tərkibli torpaqlarda 0,5-0,75, ağır torpaqlarda isə 1,0-1,5 |