Adətən, birillik alaq otlarının toxumları kartof əkinindən 4-6 gün sonra cücərməyə başlayır. Odur ki, əkindən 5-7 gün sonra yeni cücərmiş alaq otlarını təcili olaraq məhv etmək lazımdır.
Lakin alaq otları torpaq səthinə çıxdıqdan sonra güclü kök sistemi əmələ gətirir və nəticədə mübarizə işləri bir qədər çətinləşir. Ümumiyyətlə, alaq otlarına qarşı mübarizə tədbirləri hər 7-10 gündən bir aparılmaqla vegetasiya müddətində bu tədbir 2-3 dəfə təkrar olunmalıdır.
4.2.1.1. Herbisidlərin tətbiqi
Herbisidlərin tətbiqi ekoloji cəhətdən tam arzu olunmasa da, onun tətbiqinə bu günədək ciddi ehtiyac duyulur. Xüsusilə, kartof əkini keçirilən böyük sahələrdə aqrotexniki mübarizə tədbirləri çətinlik törətdiyindən çoxsaylı alaq otlarına qarşı herbisidlərin tətbiqi xüsusilə vacibdir (Şəkil 4.32). Lakin herbisidlərin tətbiqi zamanı mövcud qaydalara düzgün riayət etməklə onun zərərli təsirini xeyli azaltmaq mümkündür.
Herbisidlər, əsasən, aşağıda qeyd olunan 4 müddətdə tətbiq edilir: