Müasir aqrotexniki becərmə şəraitində alaq otlarına qarşı aşağıdakı kompleks tədbirlərin aparılması tövsiyə olunur:
Qeyd olunan tədbirlərin kompleks şəkildə və müasir aqrotexniki qaydalar əsasında yerinə yetirilməsi ekoloji mühitin qorunub saxlanmasını təmin etməklə yanaşı, kartofun məhsuldarlığını artırır və məhsulun keyfiyyət göstəricilərini xeyli yaxşılaşdırır. Torpağın əkin üçün düzgün hazırlanması və becərmə işlərinin keyfiyyətlə aparılması pestisidlərin səmərəli tətbiqi üçün daha əlverişli şərait yaradır.
Alaqlara qarşı aqrotexniki mübarizə tədbirləri, əsasən, torpağın düzgün şumlanmasından, yumşaldılmasından, dırmıqlanmasından, şırımların açılmasından, kultivasiya və dibdoldurma işlərinin keyfiyyətlə aparılmasından ibarətdir.
Kartof əkini üçün ayrılmış sahə əvvəlcədən şumlanmalı, malalanmalıdır ki, alaq otlarının cücərməsi üçün əlverişli şərait yaranmasın. Nəticədə yeni cücərmiş və təkrar əmələ gələn alaq otları torpaqbecərən aqreqatlarla bir daha məhv edilsin. Kiçik sahələrdə alaqların mexaniki qaydada, əllə və yaxud sadə becərmə alətləri ilə təmizlənməsi də mühüm mübarizə tədbirlərindən sayılır. Alaqlara qarşı mübarizə apararkən çalışmaq lazımdır ki, torpaqda olan kartof yumruları zədələnməsin. Əks halda, yumrular çürümə prosesinə məruz qalır və xəstəliklərə tez yoluxur.