Pestisidlər-bitkilərin mühafizəsində tətbiq edilən ümumi qəbul edilmiş kimyəvi vasitələrdir (pest-zəhər, sideo-öldürərəm) (Şəkil 4.17). Pestisidlər canlıları məhv etdiklərinə görə bioloji fəal maddələr olaraq onların həyat fəaliyyətini pozur. Belə preparatlar nəinki tətbiq edilən orqanizmə, hətta digər canlılara, o cümlədən istiqanlı heyvanlara və insanlara da təsir edir. Ancaq bu maddələr seçici təsirə malik olduqlarından müxtəlif orqanizmlərə təsiri də müxtəlifdir.
Pestisidlərdən istifadə etdikdə onların seçicilik xususiyyətini nəzərə almaq vacib məsələlərdəndir. Pestisidlər kənd təsərrüfatında becərilən bütün bitkilərdə məhsulun zərərli orqanizmlərdən mühafizə olunması məqsədi ilə istifadə olunur.
Pestisidlərin səmərəliliyi müxtəlif amillərdən asılıdır:
Zərərli orqanizmə təsirinə və praktiki təyinatına görə pestisidlərin sərfiyyat norması aşağıdakı kimidir: