Digər tərəfdən peyini (xüsusilə, yaş halda) bilavasitə əkin vaxtı torpağa verdikdə sahəni çirkləndirir, alaq otlarının miqdarını artırır, yumruların dəmgil xəstəliyinə tutulmasını sürətləndirir, kartofun tamını və əmtəəlik keyfiyyətini aşağı salır.
Peyindən və digər növ üzvi gübrələrdən daha səmərəli istifadə etmək üçün aşağıdakı qaydalara riayət edilməlidir:
4.2. Bitki mühafizəsi tədbirləri
Bitki mühafizəsi-bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsidir. Bu kompleks tədbirlərin həyata keçirilməsində bitki mühafizə vasitələri – bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədi ilə istifadə olunan pestisidlər (o cümlədən herbisidlər), bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələr əhəmiyyətli yer tutur. Bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün aqrotexniki, mexaniki, fiziki, kimyəvi, bioloji və digər üsullardan istifadə edilir.
Bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsi məqsədi ilə kimyəvi üsuldan geniş istifadə olunur. Kimyəvi üsulun mahiyyəti fitopatogen orqanizmlərə qarşı toksiki olan üzvi, qeyri-üzvi və sair mənşəli pestisidlərin tətbiqidir.