Qida maddələri | Kartof yumrusunda | Yerüstü kütlədə |
Mikroelementlər kiloqram/sentner | ||
N | 0,3 - 0,4 | 0,3 - 0,5 |
P2O5 | 0,12 - 0,16 | 0,1 - 0,2 |
K2O | 0,55 - 0,65 | 0,5 - 0,7 |
MgO | 0,03 - 0,10 | 0,15 - 0,25 |
CaO | 0,005 - 0, 1 | -- |
S | 0,001 - 0,03 | 0,3-0,05 |
Mikroelementlər (milliqram/kiloqram) | ||
Fe | 1,76 - 2,6 | 5,00 - 7,50 |
Mn | 0,22 - 0,88 | 2,50 - 7,50 |
Zn | 0,44 - 0,88 | 1,25 - 2,50 |
Cu | 0,22 - 0,44 | 0,25 - 0,75 |
B | 0,22 - 0,60 | 0,10 - 0,15 |
Mo | 0,01 - 0,02 | 0,02 - 0,05 |
Cədvəl 4.1. Kartof yumrularında və bitkinin yaşıl kütləsində əsas qida maddələrinin miqdarı.
4.1.1. Azot gübrəsi (Şəkil 4.2, Şəkil 4.3)
Yüksək məhsulun alınmasında azotla qidalanma mühüm rol oynayır və kartofun məhsuldarlığını ən azı 20 faizə qədər artırır. Kartofda azot çatışmadıqda vegetativ orqanların inkişafı zəifləyir, yarpaq ayalarının sayı azalır, yumrulara sulu karbonların daxil olması məhdudlaşır və nişastanın miqdarı aşağı düşür (Şəkil 4.4). Bitki vegetasiya ərzində mütəmadi olaraq azota tələbkarlıq göstərir. Lakin azota olan tələbat bitkinin boyu 15-20 santimetrə çatdıqdan sonra daha çox olur. Azot gübrəsindən birtərəfli istifadə edildikdə bitkidə vegetativ kütlənin inkişafı artır və assimilyasiya prosesi sürətlənir. Lakin bitkinin vegetasiya müddəti uzanır, yerüstü kütlə intensiv olaraq sıxlaşdığından fitoftoroz xəstəliyinin yayılması üçün əlverişli şərait yaranır, yumruların əmələ gəlməsi prosesi zəifləyir və məhsulun keyfiyyət göstəriciləri aşağı düşür. Odur ki, gübrələmə zamanı azotun, fosforun, kaliumun və digər qida elementlərinin nisbətləri torpaqda daima nizamlanmalıdır.